9 ölkəyə vəba yayıla bilər - VİDEO
Madaqaskarda vəba epidemiyası tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, bu ada ölkədə artıq 1300 nəfər vəbaya yoluxub, 94 nəfər xəstəlikdən ölüb. ÜST Madaqaskara 5 min nəfərin müalicəsi üçün antibiotiklər, 150 min dəst fərdi müdafiə vasitəsi yollayıb.
1 Noyabr 2017 13:43 DünyaMadaqaskarda vəba epidemiyası tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, bu ada ölkədə artıq 1300 nəfər vəbaya yoluxub, 94 nəfər xəstəlikdən ölüb. ÜST Madaqaskara 5 min nəfərin müalicəsi üçün antibiotiklər, 150 min dəst fərdi müdafiə vasitəsi yollayıb. Hazırda Madaqaskarda 2 mindən artıq səhiyyə ihçisi vəbaya yoluxanları nəzarətdə saxlamağa və müalicə etməyə çalışırlar. İlkin məlumatlara görə, 430 nəfər vəbaya yerli tibb müəssisələrində yoluxub. ÜST hesab edir ki, vəba epidemiyası Madaqaskardan Afrikanın 9 ölkəsinə yayıla bilər. Yoluxanların 2/3 hissəsi vəbaya pnevmonik yolla, yəni tənəffüs vasitəsilə tutulub. Bu isə vəbanın ən ağır, ən təhlükəli forması sayılır. Madaqaskarda iki şəhərdə vəba epidemiyası ilə bağlı situasiya xüsusilə kritikdir.
1980-ci ildən başlayaraq Madaqaskarda hər il vəba epidemiyası yayılır. Vəba basillaların daşıyıcıları meşə yanğınlarından qaçaraq şəhərlərdəki gecəqondu məhəllələrinə daraşan siçovullardır. Milli.Az CNN-ə istinadən xəbər verir.