Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizi

Bir neçə gündür demək olar ki,  bütün dünya mediası Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən yazır. Azərbaycanı sevib-sevməməsindən, sözügedən dəmir yolu xəttini qəbul edib-etməməsindən asılı olmayaraq müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində dərc edilən bu tipli yazıların əsas məğzi ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən sonra əsrin ikinci böyük projesidir. Və bu layihə xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İstər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq əməkdaşlıq baxımından Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün əlverişli layihələrdən sayıla bilər. Ən mühümü odur ki, bununla Azərbaycan bir daha Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən tranzit ölkə rolu oynadığını təsdiqləyir. Təsadüfi deyil ki, əksəriyyət ekspert və politoloqlar da bu qənaətdədir. Birmənalı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüksək dəyərləndirilir.

Bir neçə gündür demək olar ki,  bütün dünya mediası Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən yazır. Azərbaycanı sevib-sevməməsindən, sözügedən dəmir yolu xəttini qəbul edib-etməməsindən asılı olmayaraq müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində dərc edilən bu tipli yazıların əsas məğzi ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən sonra əsrin ikinci böyük projesidir. Və bu layihə xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İstər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq əməkdaşlıq baxımından Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün əlverişli layihələrdən sayıla bilər. Ən mühümü odur ki, bununla Azərbaycan bir daha Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən tranzit ölkə rolu oynadığını təsdiqləyir. Təsadüfi deyil ki, əksəriyyət ekspert və politoloqlar da bu qənaətdədir. Birmənalı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüksək dəyərləndirilir.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Bakı-Tiflis -Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat vasitəsidir. Onun sözlərinə görə, Qərbin son illərdə dəstək verdiyi "Cənubi Qaz Dəhlizi" və tikilməsi nəzərdə tutulan TransXəzər boru kəməri və Bakı-Tbilisi-Qars  dəmiryolu geosiyasi və geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu layihələr, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Rusiyadan kənar daşınmasında mühüm rol oynayacaq. Eyni zamanda Orta Asiya ölkələrinin Rusiyadan tranzit asılılığına son qoyacaq.  Qeyd edim ki, Mərkəzi Asiya Qərblə, Rusiya arasında mühüm rəqabət regionudur. Mərkəzi Asiya son illərdə Qərblə Rusiyanın siyasi-iqtisadi maraqların toqquşduğu regiondur. Artıq, Qərb yeni iqtisadi layihələrlə Mərkəzi Asiyada güclənmək və Rusiyanın təsirini azaltmağa çalışır". Politoloq deyir ki, bu layihələr tam işə düşəndən sonra, regionda rəqabət Qərbin xeyrinə dəyişəcək, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi-iqtisadi mövqeləri zəifləyəcək: "Həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu Ermənistanın iqtisadi izolyasiyasını daha da gücləndirəcək. Artıq, işğalçı ölkə Qərbin dəstək verdiyi geosiyasi lahiyədən bir daha kənarda qalacaq. Xüsusilə, Rusiya, artıq sərhədlərinin yaxınlığında bu kimi meqa layilərin reallaşmasından narahatdır. Rəsmi Kreml çalışacaq ki, Cənubi Qafqazda ümumi siyasi vəziyyəti gərginləşdirsin. Gürcüstan və Azərbaycan arasında konfliktlərə yol açsın. Artıq, bunun işartıları biruzə verilir. Marneulidə yerli azərbaycanlılarla svanlar arasında kiçik toqquşma buna misal ola bilər. Nəticədə 200 dən artıq svan meydana çıxaraq azərbaycanlıların köçürülməsi ilə bağlı nümayiş keçiriblər. Bu insident təsadüfi sayıla bilməz. Bakı-Tbilisi-Qarsın açılışı vaxtı baş verən bu olay, birbaşa rəsmi Kremlin regionda vəziyyəti gərginləşdirməyə çalışmasının nəticəsidir". Məhəmməd Əsədullazadə deyib ki,  Rusiya həmişə xalqlar arasında müharibə və etnik münaqişələrin qızışdırılmasında öz geosiyasi məqsədləri üçün istifadə edib: "Marneulidə baş verənlər Rusiyanın bu siyasətinin bariz nümunəsidir.  Vurğulamaq lazımdır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında siyasi qarşıdurma yeni fazaya daxil olur. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən açılış mərasimi regionda yeni siyasi dönəmin başlanğıcından xəbər verir. Azərbaycanın bu layihənin əsas iştirakçıları arasında xüsusi mövqeyi, ölkəmizin Qarabağ probleminin həllində beynəlxalq siyasi arenada mövqelərinin möhkəmləndirilməsinə və yeni tərəfdaşlar qazanmasına səbəb olacaq".

Siyasi şərhçi Seymur Süleymanovun sözlərinə görə, XXI əsrin daha bir reallığı - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılış törəni baş tutdu və bu nəhəng layihə bir daha sübut etdi ki, Azərbaycan dünyanın iqtisadi, enerji və nəqliyyat sektorunda söz sahibi olan müstəqil dövlət olaraq həm də dəyişilməyən mərkəz rolunu oynamaqdadır: "Ümumiyyətlə, hazırkı dövrə qədər həyata keçirilən hər bir beynəlxalq miqyaslı layihələrdə  - Bakı -Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz ixrac boru kəməri, yeni "Əsrin müqaviləsi" kimi tarixə düşən Azəri-Çıraq-Günəşli neft-qaz blokunun işlənməsi üzrə yeni Müqavilə və sair mühüm laiyhələrdə Azərbaycanın imzasının olması, ölkəmizin əsas təşəbbüskar olaraq addımlar atması bu faktorun davamlı xarakter almasını ehtiva edir. Söz yox ki, bütün bu nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi siyasətin məntiqi nəticəsi olaraq dəyərləndirilir". Seymur Süleymanov bildirib ki,  Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars layihəsini daha uğurlu gələcəyə aparan həyat yolu adlandırmaqla əslində, qarşıda növbəti nəhəng təşəbbüslərin olacağı anonsunu verib: "O cümlədən, bu siyasətin Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yaxın gələcəkdə daha geniş sferalı perspektivlərin gerçəkləşəcəyinə zəmin yaratmış olur. Bu, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan öz iqtisadi potensialını yalnız neft ölkəsi olmaqla istifadə etmir, ölkəmizin qeyri-neft sektoru çərçivəsində əldə etdiyi uğurlu nəticələr, xüsusilə Bakı-Tbilisi-Qars fonunda daha çox görünməyə başlayır.Digər tərəfdən, Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars layihəsini daha uğurlu gələcəyə aparan həyat yolu adlandırmaqla əslində, qarşıda növbəti nəhəng təşəbbüslərin olacağı anonsunu verib. Xəzər dənizindən Qara dənizə və oradan da Avropaya doğru istiqamət alan nəqliyyat dəhlizinin ölkəmizə verəcəyi səmərələr isə milyardlarla dollar miqyasında ölçüləcək. Əlbəttə, bu bilavasitə Azərbaycanın bütün sahələr üzrə güclənməsi ilə yanaşı, xalqımızın sosial-rifah halının yaxşılaşdırılmasına yönəlik münbit layihə olaraq qiymətləndirilməkdədir. Xüsusilə, dünyada cərəyan edən iqtisadi böhran zamanı Bakı-Tbilisi-Qars layihəsinin açılışı Azərbaycanın gücünü bir daha sübut etmiş oldu".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31