Azərbaycan əsrin energetika siyasətinə öz töhvəsini verir

Azərbaycan parlamenti “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişi ratifikasiya etdi. Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43,5 milyard dollar təşkil edib.

Əli Məsimli: "Yenilənmiş sazişi balanslaşdırılmış xarici siyasətin iqtisadi əsası kimi qəbul etmək olar"
 

Azərbaycan parlamenti "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişi ratifikasiya etdi. Xatırladaq ki, "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43,5 milyard dollar təşkil edib. Bu saziş çərçivəsində əsaslı xərclər 35 milyard dollar olub. Layihənin icrası müddətinə Azərbaycan tərəfinə 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb. Bu müddət ərzində podratçı şirkətlər tərəfindən mənfəət vergisi 15 milyard dollara yaxın olub. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan ACG 6 milyard dollara yaxın mənfəət əldə edib. Kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üzrə işlənməmiş 42 milyard kubmetrə yaxın qaz çatdırılma məntəqəsində Azərbaycan hökumətinə təhvil verib ki, bu da mövcud qiymətlərlə bir neçə milyard dollar edir. Belə halda sözügedən sazişin müddətinin uzadılmasına nə ehtiyac var idi? Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, Kontrakt sahəsində qalan neft ehtiyatlarını hasil etmək üçün 33 milyard dolardan artıq vəsait tələb olunur. 1994-cü ildə imzalanmış sazişin bitməsinə hələ 7 il qalır. Bu 7 il müddətinə podratçı şirkətlər tərəfindən böyük vəsait qoymaq mümkün olmazdı. Çünki 7 ilə qoyulan xərcləri geri qaytarmaq mümkün deyil. Layihə çərçivəsində tədqiqatlar üzrə işlərə 2019-cu ildə başlansa, yalnız 2023-cü ilin ortalarında neft hasil edilə bilər. Hazırkı sazişin qüvvədə olma müddəti isə 2024-cü ilə təsadüf edir. Buna görə də sazişin yenilənməsinə ehtiyac var idi. Beləliklə, yeni saziş 2049-cu il dekabrın 31-dək qüvvədə olacaq. Maraqlıdır, "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin müddətinin uzadılması Azərbaycana nə verəcək?
Ekspertlər hesab edirlər ki, "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişdə Azərbaycanın maraqları ən yüksək səviyyədə qorunub. Belə ki, sazişdə Azərbaycan şirkətlərinin üstünlüyünü təmin etmək üçün yerli şirkətlərin iştirakı xüsusi qeyd olunub. Bununla da layihədən əldə edilən vəsaitin sosial və infrastruktur sahələrə yönəldilməsi imkanları artır. Bundan başqa, sazişdə Xəzərin ekoloji təhlükəsizliyi məsələsi də nəzərə alınıb. Daha doğrusu, layihədə aparılan işlər ən yüksək ekoloji tələblərə cavab verir.
 Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, "1994-ü ildə imzalanan "Əsrin müqaviləsi"nin müddətinin uzadılması Azərbaycanın dünyada artan nüfuzunu bir daha təsdiq edir: "Bundan öncəki sazişin vaxtının birtməsinə uzun müddət qalmasına baxamayaq. Azərbaycan tərəfi bu sazişin vaxtının uzadılması təklif edib, bu öhdəliyi öz üzərinə götürüb. Digər şirkətlər də bu təşəbbüsü müsbət qarşılayaraq Azərbaycanın böyük nüfuza malik olduğunu və ölkəmizin bu istiqamətdə apardığı siyasəti dəstəkləyirərək buna razılıq veriblər. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticələrdir". Onun sözlərinə görə. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana heç də asan başa gəlməyib: "Bildiyiniz kimi sazişin uzadılması ilə bağlı mərasim 14 sentyabr tarixində Bakıda reallaşıb. Ondan bir neçə gündən sonra Azərbaycan Avropa Şurasının baş katibi tərəfindən şantaj edilməyə başlandı. Bir sıra dairələr Azərbaycanın öz neftinin sahibi olmasından razı qala bilmirlər. Lakin Azərbaycan kimin bundan necə narat olduğunu düşünmür, addımlarını öz maraqlarına uyğun şəkildə atır. Bundan öncə Bakı- Tbilisi -Ceyhan layihəsində də ölkəmizə qarşı təzyiqlər var idi. Lakin müqavilə bağlandı və hazırda layihə işləyir". "Əsrin müqaviləsi"nin uzadılması ilə bağlı sazişin təsdiqlənməsi tarixi ilə ötən gün Bakı-Tbilisi-Qars dəmiryolunun açılmasna təsadüf etdiyini deyən deputat söyləyib ki, BTQ dəmiryolunun açılması bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsləri stratejidir: "Vaxtilə bu layihələrə etiraz edənlər bu gün onları dəstəkləyirlər. Bu da o deməkdir ki, Azərbaycanın apardığı siyasət, digər ölkələrin maraqlarına da xidmət edir".
Xatırladaq ki, bu il Azərbaycan iki mühüm hadisənin şahidi oldu. Biri "Əsrin müqaviləsi"nin müddətinin uzadılması, digəri isə ötən gün Bakı-Tbilisi-Qars dəmiryolunun açılışıdır. Sözssüz ki, bunların hər biri öz-özlüyündə yeni tarix yazdı. Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılan addımlardır. Düzdür, bu kimi layihələrin reallaşdırılması deməyə əsas verir ki, Ulu Öndərin qarşıya qoyduğu ideyalar addım-addım, əziyyətlər hesabına həyata keçirlir. Lakin o da faktdır ki, siyasi, iqtisadi, sosial əhəmiyyəti olan iri maliyyə tutumlu layihələrin reallaşması üçün Prezident İlham Əliyevin böyük əziyyəti, qətiyyəti, iradəsi müstəsna rol oynayır. Hər iki müqavilənin bağlanma mərasimində iştirak etdiyini deyən millət vəkili Siyavuş Novruzov bildirib ki, o zaman hər iki layihə ilə bağlı sənədləri bir çoxları xülya, röya adlandırırdılar. Lakin Ümummilli liderin uzaqgörən siyasəti 25 ildən sonra həmin şəxslərə başa saldı ki, atılan addımlar nə qədər duzgün və vaxtında atılıb. Deputat qeyd edib ki, Azərbaycan prezidentinin attdığı hər addım xalqımızın mənafeyinə hesablanıb: "Azərbaycan dünyada öz sözünə əməl edən dövlət, ölkə başçısı sözünün üstündə duran prezident kimi qəbul olunur və dəstəklənir. Azərbaycan Prezidenti BTQ dəmiryolunun açılış mərasimindəki çıxışında da bildirdi ki, ölkəmizdə bu illər ərzində quruculuq, abadlıq işlərinə xüsusi önəm verilib. Belə ki, Azərbaycanda 3 mindən artıq məktəb, uşaq baxçaları, diaqnostika mərkəzləri, zavodlar, fabriklər, yollar, körpülər tikilib qurulub. Təbii ki, bütün bunlar məhz imzalanan müqavilələrdən əldə olunan maliyyə hesabına başa gəlib".
Millət vəkili Əli Məsimli bildirib ki, bu saziş Azərbaycanın təxminən 150 milyard dollar qazanmasına imkan verəcək: "Hesab edirm ki, Azərbaycan kimi bir dövlət üçün bi vəsaiti kifayət qədər böyük bir rəqəmdir. Digər bir vacib məqam ondan ibarətdir ki, "Əsrin müqaviləsi" bağlanan və reallaşan zaman Xəzərin karbohidrogen ehtiyatları dünyaya açıldı. Düşünürəm ki, bu müqavilənin müəllifi Azərbaycan olduğuna görə, kiçik bir Azərbaycan dövləti həm neft ölkəsi kimi yenidən özünü təsdiq etdi, həm də əsrin energetika siyasətinə öz töhvəsini verməyə başladı. Əgər dünyanın aparıcı şirkətləri 30 il müddətinə Azərbaycanla müqavilə bağlayırsa, deməli, ölkəmizin beynəlxalq nüfuzu kifayət qədərdir və layihənin reallaşdırılması effekti kifayət qədər yüksəkdir. Bu müqavilənin bağlanması Azərbaycanın müstəqilliyinin təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Müqavilədə iştirak edən ölkələrin siyahısı Azərbaycanın balanslı xarici siyasət yürütdüyünü deməyə əsas verir. Bunu həm də balanslaşdırılmış xarici siyasətin iqtisadi əsası kimi qəbul etmək olar".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31