“Dövlətimizin həyatında çox əlamətdar hadisələr yaşanmaqdadır”

Bu günlərdə Azərbaycan dövlətinin həyatında çox əhəmiyyətli və əlamətdar hadisələr yaşanmaqdadır. Bir müddət əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması, ardınc isə Bakı-Tbilisi- Qars dəmir yolunun açılış mərasimin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin, regionda və daha geniş coğrafiyada oynadığı əhəmiyyətli rolun ifadəsinə çevrilib.

Sahibə Qafarova: "Bu hadisələrin Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyəti var"
 

Bu günlərdə Azərbaycan dövlətinin həyatında çox əhəmiyyətli və əlamətdar hadisələr yaşanmaqdadır. Bir müddət əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması, ardınc isə Bakı-Tbilisi- Qars dəmir yolunun açılış mərasimin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin, regionda və daha geniş coğrafiyada oynadığı əhəmiyyətli rolun ifadəsinə çevrilib. Və əlbəttə, bizlər bu tarixi hadisələrə şahidlik etdiyimiz üçün müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq haqlı qürur hissi keçirməyə haqlıyıq. Yeri gəlmişkən xatırladaq ki, artıq ölkə parlamenti "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişi ratifikasiya edib. Məlumata görə, bu günə sözgüdən saziş üzrə mövcud kontrakt sahəsində çıxarıla bilən ehtiyatların həcmi 500 mln. tona yaxındır. Qiymətləndirmələrdən sonra bu ehtiyatın daha çox olacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, bu layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük siyasi əhəmiyyəti də var. Bu saziş ölkəmizin karbohidrogen ehtiyatlarını bir daha dünyaya tanıtdı. Həmçinin, Azərbaycan neft ölkəsi kimi özünü bir daha təsdiq etdi. Yeni müqavilənin ayrı-ayrı ölkələrin şirkətləri ilə bağlanması Azərbaycanın müstəqilliyinə önəm verilməsinin əlaməti kimi dəyərləndirlir.
Millət vəkili, AŞPA-nın komitə sədri Sahibə Qafarova bildirib ki, ulu öndər Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı və təməlini qoyduğu neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan hər cəhətdən güclü dövlətə çevrilib: "1994-cü ildə əsrin müqaviləsinin imzalanması ilə Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin gücləndirilməsi təminat altına alınmışdısa bu gün haqqında danışdığımız Sazişin imzalanmasının da Azərbaycanın gələcək inkişafı baxımından böyük əhəmiyyəti var. Bu sazişlə böyük ehtiyatlara malik "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Birmənalı şəkildə qeyd edə bilərik ki, bu Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Bu Sazişin imzalanması tərəfdaşları arasında ölkəmizə qarşı böyük inam formalaşdığını təsdiqləyir". Millət vəkili qeyd edib ki, sözügedən Sazişin icrası Azərbaycanın iqtisadi gəlirlərini, qüdrətini artırmaqla yanaşı onun geosiyasi mövqeyinin, regional lider kimi proseslərdə təsirlərinin artmasını da təmin edəcək. Eyni zamanda sazişin sosial əhəmiyyətini də xüsusi vurğulamağa ehtiyac var. Sirr deyil ki, bir sıra ölkələrin acı təcrübəsi göstərir ki, zəngin karbohidrogen ehtiyatlarının olması heç də həmin ölkələrin firavan, xoşbəxt yaşamasını təmin etməyib, əksinə ayrı-ayrı hallarda təbii sərvətlər inkişafın qarşısında əngələ çevrilib. Bunun əsas səbəbi isə bəzi hallarda milli dövlətlərin neft gəlirlərini səmərəli şəkildə idarə etməmələri ilə bağlıdır. Azərbaycanın nümunəsində isə tamam fərqli mənzərənin şahidi oluruq. Ölkəmizdə neft gəlirlərinin səmərəli idarə edilməsi ilə həm əldə olunan vəsaitlər gələcək nəsillər üçün qorunub saxlanılır, həm də ölkə üçün strateyi əhəmiyyət daşıyan layihələrin icrasına yönəldilir. Ötən dövrdə neft gəlirlərinin səmərəli istifadə edilməsi sayəsində ölkəmizdə sosial sferanın prioritetliyi təmin olunub. Bu sahədə respublikamız dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edib". S.Qafarova əlavə edib ki, müstəqillik illərində bütün ölkə boyunca məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, paytaxt Bakıda və bölgələrdə yeni səhiyyə müəssisələri açılıb, insanlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib. Bütün bunların arxasında isə, təbii ki, dövlətin güclü siyasi iradəsi ilə yanaşı, ölkənin təbii ehtiyatlarından səmərəli istifadə olunması haqqında imzalanmış sənədlərin məqsədlyönlü və ölkəmizin maraqlarının təmin olunması baxımından uğurla icra olunması dayanır: "Beləliklə, sadalanan uğurlar və qeyd etmədiyimiz digər xeyli sayda böyük gözləntilərimizi nəzərə alaraq hesab edirəm ki, Azərvaycab dövlətinin Sazişin icra olunması ilə bağlı öhdəliklərinin icra olunmasına hər cür dəstək verməliyik".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31