Gündəm

Gəncədə yaşayış binasında yanğın olub

1 Noyabr 2017 16:08

Gəncə şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın beşinci mərtəbəsində üçotaqlı mənzildə yataq dəsti yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə olunmuşdur. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakıda kafe yanıb

1 Noyabr 2017 16:07

Bakı şəhərinin Səbail rayonunda uçmərtəbəli yaşayış binasında yanğın qeydı alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın birinci mərtəbəsində yerləşən kafedə hava təmizləyici qurğu yanmışdır. Kafe yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakıda “LNG texnologiyaları” üzrə təqdimat olub

1 Noyabr 2017 16:05

Energetika Nazirliyinin dəstəyi ilə “Wartsila” korporasiyası tərəfindən “LNG texnologiyaları”nın Azərbaycanda istifadəsi ilə bağlı təqdimat keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, korporasiyanın mayeləşdirilmiş qazın daşınmasında və onun gəmi yanacağı kimi istifadə olunmasında texnoloji yeniliklərin tətbiqində böyük təcrübəyə malik olduğunu deyən energetika nazirinin müavini Natiq Abbasov LNG texnologiyalarından Azərbaycanda uğurla istifadə perspektivini nəzərə alaraq Energetika Nazirliyinin tədbirə dəstək verdiyini diqqətə çatdırıb.

Linda Lanzillotta: “İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir”

1 Noyabr 2017 16:04

Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, spiker qeyd edib ki, İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək vacib məsələlərdəndir.

Mərkəzi Elmi Kitabxanada yanğın təhlükəsizliyi ilə bağlı seminar

1 Noyabr 2017 16:02

AMEA Mərkəzi Elmi Kitabxanasında elmi müəssisə və təşkilatlarda yanğn təhlükəsizliyi ilə bağlı seminar keçirilib. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə AMEA Rəyasət Heyəti ikinci xüsusi şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsi, FHN Dövlət Yanğın Nəzarəti Xidməti, AMEA elmi müəssisə və təşkilatlaırnın ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə manqalarının komandirləri ilə birgə seminar müşavirə keçirilib.

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı olub

1 Noyabr 2017 15:58

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub.

Azərbaycanda məlumat azadlığı üçün əlverişli mühit formalaşıb

1 Noyabr 2017 15:57

Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, fikir və məlumat azadlığının bərqərar olması istqamətində ciddi addımlar atılmaqdadır. Nəzrə almaq lazımdır ki, hazırda müasir dünyada informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Çünki, effektli inkişafa nail olmaq üçün informasiya texnologiyalarından bütün sahələrdə istifadə olunması vacib şərtdir.

Yağış yağacaq...

1 Noyabr 2017 15:54

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Traktorla piyadanı vurub öldürən sürücü saxlanılıb

1 Noyabr 2017 15:48

Biləsuvarda traktorla piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. “Olaylar” DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 31-də saat 19 radələrində Biləsuvarın 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bakı-Moskva-Tehran əməkdaşlığı

1 Noyabr 2017 15:46

Azərbaycan öz uğurlu siyasəti, atmış olduğu düşünülmüş addımları ilə həm qonşularının, həm də dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biri rolunu oynamaqdadır. Müntəzəm olaraq ölkəmizə baş tutan səfərlər və Bakı ilə münasibətlərə verilən önəm Azərbaycanın Cənubi Qafqazda müstəsna rola malik bir ölkə olduğunu açıq şəkildə ortaya qoyur.

AŞ nümayəndəsi: "Azərbaycanla problemlərin bu ayın sonunadək həll ediləcəyinə dair böyük gözləntilər var"

1 Noyabr 2017 15:45

"Bu ayın sonuna kimi Avropa Şurası ilə Azərbaycan arasında problemlərin həllinə dair böyük gözləntilər var". Bunu sözləri  Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeş deyib. 

Xəzərdən 200 min tondan çox zibil çıxıb

1 Noyabr 2017 15:43

Ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu barədə Gəmiçiliyin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, AXDG gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.

Türkiyədə otellər "hər şey daxil" sistemindən imtina edə bilər

1 Noyabr 2017 15:41

Türkiyə Ticarətçı və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandökən yerli hotellər üçün "hər şey daxil" (all inclusive) sisteminin ləğv olunması təklifi ilə çıxış edib. Bu barədə Türkiyənin "Sözçü" qəzeti məlumat yayıb.

İşğalçı dövlətin iqtisadi blokadası daha da güclənir

1 Noyabr 2017 15:37

Oktyabrın 30-da Azərbaycan Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan bu dünya əhəmiyyətli layihənin gerçəkləşməsi ilə Azərbaycan regionda ən nəhəng kommunikasiya dəhlizlərindən birinin müəllifinə çevrildi. BTQ-nin geosiyasi, iqtisadi və tarixi əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək. Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, layihə sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.

Azərbaycan və İran prezidentləri Qarabağ münaqişəsini müzakirə ediblər

1 Noyabr 2017 15:27

Tehranda Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub. Məlumata görə, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib, son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.