Linda Lanzillotta: “İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir”

Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, spiker qeyd edib ki, İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək vacib məsələlərdəndir.

Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, spiker qeyd edib ki, İtaliya ilə ikitərəfli və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrimizi daha da inkişaf etdirmək vacib məsələlərdəndir. Ölkələrimiz arasında fəal siyasi dialoq aparılır, iqtisadi sahədəki münasibətlərimiz hər iki tərəfə real faydalar gətirir. İtaliya Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. Təqdirəlayiq haldır ki, əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu inkişaf həyatın bütün sahələrini əhatə edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, xüsusən dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. Ölkələrimiz arasında imzalanmış 40 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil etməklə yanaşı, həm də səmərəli əməkdaşlığımıza təminat verir. Bu ilin yanvar-sentyabr aylarında İtaliya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 39 milyon ABŞ dolları həcmində olmuşdur. Biz gələcəkdə bu göstəricini daha da artırmaq niyyətindəyik. Sədr parlamentlər səviyyəsində münasibətlərimizin də yüksək səviyyədə olduğunu vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İtaliya Senatının Sədr müavini xanım Linda Lanzillotta ümidvar olduğunu bildirib ki, bu səfər parlamentlər arasında əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcək. Qonaq Milli Məclisin binasında deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək, bunu ölkənin inkişafı ilə əlaqələndirib. Bildirib ki, Azərbaycanın paytaxtı Bakı öz gözəlliyi ilə qonaqları məftun etməklə yanaşı, ölkənin qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir: "İtaliya Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Biz həyatın ən müxtəlif sahələrində bu ölkə ilə münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31