Bakıda “LNG texnologiyaları” üzrə təqdimat olub

Energetika Nazirliyinin dəstəyi ilə “Wartsila” korporasiyası tərəfindən “LNG texnologiyaları”nın Azərbaycanda istifadəsi ilə bağlı təqdimat keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, korporasiyanın mayeləşdirilmiş qazın daşınmasında və onun gəmi yanacağı kimi istifadə olunmasında texnoloji yeniliklərin tətbiqində böyük təcrübəyə malik olduğunu deyən energetika nazirinin müavini Natiq Abbasov LNG texnologiyalarından Azərbaycanda uğurla istifadə perspektivini nəzərə alaraq Energetika Nazirliyinin tədbirə dəstək verdiyini diqqətə çatdırıb.

Energetika Nazirliyinin dəstəyi ilə "Wartsila" korporasiyası tərəfindən "LNG texnologiyaları"nın Azərbaycanda istifadəsi ilə bağlı təqdimat keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, korporasiyanın mayeləşdirilmiş qazın daşınmasında və onun gəmi yanacağı kimi istifadə olunmasında texnoloji yeniliklərin tətbiqində böyük təcrübəyə malik olduğunu deyən energetika nazirinin müavini Natiq Abbasov LNG texnologiyalarından Azərbaycanda uğurla istifadə perspektivini nəzərə alaraq Energetika Nazirliyinin tədbirə dəstək verdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, Azərbaycan "Wartsila" şirkətinin Xəzər regionundakı əsas tərəfdaşlarından biridir. Artıq 12 ildir ki, Azərbaycanda çalışan bu şirkət respublikamızda əsasən neft və qaz sənayesi, elektrik enerjisi istehsalı, dəniz daşımaları sahəsində fəaliyyətlə məşğuldur. "Wartsila" 2005-ci ildən 2010-cu ilədək ölkəmizin ərazisində ümumi gücü 880 meqavat olan modul elektrik stansiyalarının tikilməsi və istismara verilməsi layihələrini uğurla həyata keçirib. Şirkətin avadanlığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi dünya əhəmiyyətli layihənin reallaşmasında mühüm rol oynayıb. Natiq Abbasov deyib ki, Səngəçalda mövcud istilik elektrik stansiyanın yaxınlığında gücü 385 MVt olan yeni "Səngəçal-2" stansiyasının tikintisi nəzərdə tutulub. Stansiyanın elektrik avadanlıqları ilə təchizatını da "Wartsila" şirkəti həyata keçirəcək. Tədbir işini noyabrın 2-də də davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31