İşğalçı dövlətin iqtisadi blokadası daha da güclənir

Oktyabrın 30-da Azərbaycan Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan bu dünya əhəmiyyətli layihənin gerçəkləşməsi ilə Azərbaycan regionda ən nəhəng kommunikasiya dəhlizlərindən birinin müəllifinə çevrildi. BTQ-nin geosiyasi, iqtisadi və tarixi əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək. Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, layihə sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.

Ermənistan daha bir beynəlxalq layihədən kənarda qaldı
 

Oktyabrın 30-da Azərbaycan Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan bu dünya əhəmiyyətli layihənin gerçəkləşməsi ilə Azərbaycan regionda ən nəhəng kommunikasiya dəhlizlərindən birinin müəllifinə çevrildi. BTQ-nin geosiyasi, iqtisadi və tarixi əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək. Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni "İpək Yolu" təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, layihə sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.
Aydın Hüseynov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti Azərbaycanın regionda geosiyasi əhəmiyyətini artıracaq: "Nəzərə alsaq ki, uzunluğu 850 kilometr olan polad magistralın 504 kilometri Azərbaycan ərazisindən keçir, onda ölkəmizin hansı strateji gücə malik olacağı məlumdur. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ən mühüm komponenti kimi Avropanı Asiya ilə birləşdirən tranzit qovşağı rolunu oynayacaq. Dövlətimizin başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi "Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər". Aydın Hüseynov hesab edir ki, BTQ-nin biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük əhəmiyyəti var. "Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə "Orta dəhliz" layihəsinin ən önəmli mərhələsi başa çatdırılacaq. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xətti qurulacaq. Bölgədə geniş bir tranzit qovşağı yaranacaq, yükdaşınmaları geniş biznesin böyüməsinə imkan verəcək, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq". A. Hüseynov onu da qeyd edib ki, yolun istifadəsi bölgədə əlavə biznes subyektlərinin fəaliyyətinə, iş yerlərinin yaradılmasına səbəb olacaq. turizmin inkişafına da geniş stimul verəcək, turistlərin sayı artacaq.
Deputat Vahid Əhmədov qeyd edib ki, sentyabr-oktyabr ayları Azərbaycan üçün çox uğurlu hadisələrlə yadda qalıb: "Sentyabr ayında çox mühüm əhəmiyyətə malik olan yeni neft müqaviləsi imzalandı. Oktyabrda isə Bakı-Tiflis-Qars dəmir yolunun açılışı həyata keçirildi və dünən ilk yük qatarları yola salındı. Bu, Azərbaycanın tarixi qələbəsidir. Dəmir yolunun çəkilməsinə çox böyük maneələr var idi. Hətta ABŞ Senatında bu layihənin reallaşmaması üçün erməni lobbisi hərəkətə keçmişdi. Bütün bunlara baxmayaraq, Azərbaycan prezidentinin iradəsi ilə bu nəhəng layihə reallaşdı. Bu layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük siyasi əhəmiyyəti var".
Millət vəkili Musa Quliyev deyib ki, "Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bu layihə müstəqil Azərbaycan dövrünün ən böyük iqtisadi, siyasi layihələrindən biridir. "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi və onun təntənəli açılışını biz yalnız "Əsrin kontraktları" ilə müqayisə edə bilərik. Yəni bu dərəcədə Azərbaycanın müstəqilliyinin ən uğurlu siyasi, iqtisadi əhəmiyyət daşıyan hadisələrindən biri oldu. Onun sözlərinə görə, heç şübhəsiz ki, belə bir böyük layihənin həyata keçirilməsi Azərbaycanın bir dövlət kimi qüdrətindən, gücündən, nüfuzundan xəbər verir: "Məlumdur ki, bu layihənin həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin və onun uzaqgörən siyasətinin nəticələrindən biri idi. Həmin o arzular cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə onun qətiyyəti sayəsində reallaşdı və böyük uğurla həyata keçirildi. Əminlikdə deyə bilərik ki, bu layihənin ideya müəllifi, memarı da Azərbaycan dövləti, ölkə rəhbəri cənab İlham Əliyevdir. O zamanlar Gürcüstanın müəyyən iqtisadi problemləri var idi. Azərbaycan da böyük fəxarətlə, cəsarətlə Gürcüstan dövlətinə tarixdə görünməyən əlverişli şərtlərlə kredit verdi ki, bu layihə həyata keçsin. Niyə biz bu layihəni əhəmiyyətli hesab edirik? Ona görə ki, ilk növbədə Azərbaycan Avrasiya qitəsinin bir başından o biri başına kimi bütün nöqtələri özündə birləşdirən qədim İpək Yolunun bir körpüsünə çevrilir. Çindən, Koreyadan, Vyetnamdan, Yaponiyadan, uzaq Sibirdən, Qazaxıstandan, Orta Asiya ölkələrindən gələn bütün yüklər məhz bu dəmir yolu vasitəsilə Türkiyəyə, oradan Avropaya və Londona kimi gedib çatacaq. Eləcə də əksinə Avropadan gələn yüklər Azərbaycan üzərindən gedəcək. Burada Azərbaycanın siyasi dividentləri onun elə iqtisadi qazancları qədər xeyli çox olacaq. Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevriləcək. Bunun iqtisadi səmərəsi isə ötən gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində cənab Prezident İlham Əliyev söylədi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da öz çıxışında dedi ki, ilkin etapda dəmir yolu xətti vasitəsilə bir milyon sərnişin daşınacaq, 6-7 milyon tona yaxın yük daşınacaq, daha sonra isə 3 milyon sərnişin və 15 milyon tona yaxın yük daşınması həyata keçiriləcək. Gələcəkdə bizim Ələt terminalında azad iqtisadi zonanın yaradılması da bu xəttin əhəmiyyətini daha da artıracaq. Eyni zamanda bunun hərbi, siyasi əhəmiyyətini də qeyd etmək lazımdır. Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Çox təəssüflər olsun ki, torpaqlarımız hələ də işğal altındadır. Belə bir dəmir yolu layihəsinin həyata keçirilməsi Ermənistanı bir daha bütün layihələrdən kənarda qoyur. Beləcə Ermənistanın iqtisadi blokadası daha da güclənir. İstər-istəməz erməni millətinin və əhalisinin daxilində öz dövlətinə qarşı, xalqı bu bəlalara düçat etmiş qanlı, faşist rejiminə qarşı bir nifrət oyadır".

 Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31