Bakı-Moskva-Tehran əməkdaşlığı
Azərbaycan öz uğurlu siyasəti, atmış olduğu düşünülmüş addımları ilə həm qonşularının, həm də dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biri rolunu oynamaqdadır. Müntəzəm olaraq ölkəmizə baş tutan səfərlər və Bakı ilə münasibətlərə verilən önəm Azərbaycanın Cənubi Qafqazda müstəsna rola malik bir ölkə olduğunu açıq şəkildə ortaya qoyur.
1 Noyabr 2017 15:46 SiyasətRegional əməkdaşlıq baxımından mühüm görüş
Azərbaycan öz uğurlu siyasəti, atmış olduğu düşünülmüş addımları ilə həm qonşularının, həm də dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biri rolunu oynamaqdadır. Müntəzəm olaraq ölkəmizə baş tutan səfərlər və Bakı ilə münasibətlərə verilən önəm Azərbaycanın Cənubi Qafqazda müstəsna rola malik bir ölkə olduğunu açıq şəkildə ortaya qoyur. Əgər proseslərə. xüsusilə də eyni coğrafiyada yerləşən digər respublikalara olan diqqətə, marağa diqqət yetirsək, aydın şəkildə görərik ki, Azərbaycan məhz beynəlxalq ilgi çəkmək baxımından Qafqazın digər iki ölkəsini xeyli geridə qoyur. Təbii ki, Azərbaycana olan bu maraq, diqqət də istər-istıəməz onun üçün yeni əməkdaşlıq imkanları açır. Paralel olaraq bu imkanlar bizimlə əməkdaşlıq etmək istəyən dövlətlər üçün də yaranır. Bu gün regionda həyata keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran əməkdaşlığı bunun bariz nümunəsidir. Hər iki formatda həyata keçirilən əməkdaşlıq Azərbaycan üçün bütün sahələrdə yeni-yeni imkanlar açır, fürsət yaradır.
Son illər Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlılğı ilə yanaşı Bakı-Moskva-Tehran əməkdaşlığı da inkişaf etməkdədir. Baş tutan qarşılıqlı səfərlər və ölkələr arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafı öz-özlüyündə qeyd etdiyimiz üçlü formatda da əməkdaşlığı zərurətə çevirir. Məhz bu zərurətin nəticəsidir ki, bu günlərdə Tehranda Azərbaycan, Rusiya və İran prezidentləri bir araya gəlir. Tehran görüşü Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistanda da diqqətlə izlənməkdədir. İrəvanda ehtiyat edirlər ki, Bakının Bakı-Tbilisi-Qars dəmir yolu xəttini reallaşdırmasından dərhal sonra Tehran və Moskva ilə təmaslara keçməsi Ermənistanı çətin duruma sala bilər. Xüsusilə, İrəvan Rusiya və İrana təkilf etdiyi layihələrin Bakının dövriyyəyə girməsi səbəbindən puça çıxacağından əndişəlidir.
Tehranda Azərbaycan-Rusiya-İran prezidentlərinin üçlü formatda keçirilən görüşü ekspertlər tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir və Azərbaycan üçün perspektivli hesab olunur.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki. Tehranda baş tutan Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşü regional əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik bir görüşdür. Onun sözlərinə görə, ötən il prezidentlər Bakıda görüşərək, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisi və digər iqtisadi əlaqələrin inkişafı üçün mühüm sənədlər imzaladılar: "Qeyd edim ki, Tehran görüşü Rusiya-Azərbaycan və İran-Azərbaycan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirəcək.
Bu görüşdə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tikintisinin başa çatdırılması, Xəzər dənizinin hüquqi statusunun həlli, terrorizmə qarşı mübarizə əsas danışıqların predmeti olacaq. Hazırda İran Xəzər dənizində Azərbaycana qarşı ərazi iddiası irəli sürür, həmçinin Rusiya Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan TransXəzər qaz boru kəmərinə ekoloji cəhətdən etiraz edir. Həmçinin dənizin dibi ilə Xəzərtrans boru kəmərinə etiraz edir. Göründüyü kimi iki ölkə Azərbaycana qarşı iqtisadi və ərazi olaraq təzyiq edir. Belə olan təqdirdə Rusiya və İranla Xəzər məsələsində siyasi münasibətlərin bundan sonrakı mərhələsində problemlərin davam edəcəyi gözlənilir. Təssüf ki, Tehran görüşü Xəzərin statusunun həll edilməsinə dair razılıq əldə olunmayacaq. İran bununla Azərbaycana qarşı təzyiq rıçaqlarını əlində saxlamağa çalışır". Məhəmməd Əsədullazadə deyib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Azərbaycanın Fars körfəzinə çıxışını təmin edəcək. Həmçinin İranla Avropa arasında yükdaşımaların həcmini artıracaq. Bu lahiyə Azərbaycanın tranzit ölkə olaraq siyasi və iqtisadi dividentlər gətirəcək: "Azərbaycan bu görüşdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və İranla danışıqlar aparsada, bu ölkələrin Ermənistanla sıx siyasi əlaqələrinə nəzər yetirdikdə heçdə müsbət irəliləyişlər əldə olunmayacaq. Çünki, İran və Rusiya Ermənistanın əsas iqtisadi nəfəsliyini yerinə yetirir. Ona görə ki, İran və Rusiya Ermənista endan Azərbaycana qarşı təzyiqlərin əsas mərkəzidir.
Sonda qeyd edim ki, Tehran görüşü "Şimal-Cənub" nəqliyyatın dəhlizinin tikintisi və işə düşməsini sürətləndirəcək. İranla-Rusiyanı quru əlaqlərini bərpa edəcək. Bu layihə Rusiya və İran üçün əsas prioritet kəsb etdiyindən bu ölkə rəhbərləri tərəfindən ciddi dəstək verilir".
Füzuli