Gündəm

Məhbusların qaçmasına görə həbs edilən Penitensiar Xidmət əməkdaşları vəkildən imtina ediblər

3 Noyabr 2017 15:19

Oktyabrın 23-də Bakıda xüsusi təyinatlı vaqondan 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov hüquqlarını müdafiə etmək üçün təklif edilən vəkildən imtina ediblər.

"Yevronyus" telekanalının müxbiri Azərbaycan və Türkiyə prezidentlərindən, Gürcüstanın Baş nazirindən müsahibə alıb

3 Noyabr 2017 15:10

Noyabrın 2-də "Yevronyus" telekanalının "Fokus" verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.

Prezident İlham Əliyev: "Tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz Bakı-Tbilisi-Qarsı iqtisadi cəhətdən çox cəlbedici etməkdir"

3 Noyabr 2017 15:08

Tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz Bakı-Tbilisi-Qars dəmir yolunu iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Yevronyus" telekanalının müxbirinə müsahibəsində deyib. Dövlətimizin başçısı qeyd edib ki, Asiyadan Avropaya və Avropadan Asiyaya Bakı-Tbilisi-Qars dəmir yolundan qısa yol yoxdur: "Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir".

Cammu Keşmir'de çatışma: 2 Hint askeri ve 1 direnişçi öldü

3 Noyabr 2017 15:08

Hindistan'ın Cammu Keşmir bölgesinde Hint askerleri ile yerel direnişçiler arasında çıkan çatışmada 2 Hint askeri ile 1 direnişçi öldüğü bildirildi. Hindistan'ın Cammu Keşmir bölgesinde Hint askerleri ile yerel direnişçiler arasında çıkan çatışmada 2 Hint askeri ile 1 direnişçi öldü. Polis yetkilileri, Samboora köyünde çıkan çatışmada 2 Hint askeri ve 1 direnişçinin öldüğünü açıkladı.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin Qərb marşrutunun işləməsi strateji əhəmiyyət kəsb edir

3 Noyabr 2017 15:02

Yaşadığımız həftə Azərbaycanın həyatında iki mühüm hadisə ilə yadda qaldı. Birincisi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi idisə, ikincisi isə Tehranda Azərbaycan, Rusiya və İran dövlət başçılarının sammitinin keçirilməsi oldu.

Bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib

3 Noyabr 2017 14:59

Demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib.

Tehran görüşü Qarabağ probleminin həllinə də təsir göstərə bilər

3 Noyabr 2017 14:57

Bu günlər istər regionun, istərsə də regionda marağı olan qlobal güc mərkəzlərinin əsas diqqəti İran İslam Respublikasının paytaxtına yönəlmişdi. Səbəb isə İslam Respublikasında Cənubi Qafqazın həyatında mühüm rol oynaya biləcək zirvə görüşünün keçirilməsi idi.

Musa Yaqub  oxucuların suallarını cavablandırdı

3 Noyabr 2017 14:54

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şair Musa Yaqubla görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.

Seyidağa Onullahinin kitabları MEK- ə hədiyyə edildi

3 Noyabr 2017 14:51

AMEA Mərkəzi Elmi Kitabxanasının  təşkilatçılığı ilə tanınmış tarixçi alim Seyidağa Onullahinin ailəsi tərəfindən MEK-ə hədiyyə edilmiş kitab kolleksiyasının təqdimatı keçirilib. Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü MEK-də ənənəvi olaraq keçirilən kolleksiya təqdimatlarının önəminə xüsusi diqqət çəkib. Seyidağa Onullahinin şəxsi kitab kolleksiyasından seçmələri MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Reyhan Məmmədova təqdim edib.

İndoneziyada nəhəng meymun növü tapıldı

3 Noyabr 2017 14:50

İndoneziyanın Sumatra adasında “Tapanuli” adlı yeni meymun növü kəşf edilib. Elm adamları bu adada yaşayan azsaylı oranqutanları araşdırıb və onların daha öncədən məlum olmayan “böyük meymun” növü olduğunu təsbit edib.

"Qoca"nın anası Fədayə Laçından danışdı...

3 Noyabr 2017 14:48

Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub. Hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib. Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər.

Məşhur müğənni 7 saat gözəllik salonunda

3 Noyabr 2017 14:48

Məşhur türkiyəli müğənni Yıldız Tilbə Serdar Ortaçın “Yaralı yarım” mahnısına klip çəkdirir. Olaylar.az bildirir ki, müğənni klipi üçün 7 saat gözəllik salonunda vaxt itirməli olub.

Notarius olmaq istəyənlər noyabrın 25-də imtahan verəcəklər

3 Noyabr 2017 14:46

Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərini təqdim etmiş və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüterdən istifadə olunmaqla noyabr ayının 25-də saat 11.00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (əvvəlki Bakı Asiya Universiteti) keçiriləcək.

Samanyolu kanalının yayım qrupu rəhbərinə 31 İL CƏZA

3 Noyabr 2017 14:45

Bir müddət öncə bağlanan Samanyolu kanalının yayım qrupunun rəhbəri Hidayət Karaca ilə birgə kanalın həbs olunan 23 əməkdaşı barəsində məhkəmə qərarı verilib. Olaylar.az bildirir ki, məhkəmə Hidayət Karacana terror təşkilatına dəstək verməkdən 18 il, saxta sənədlərdən 9 il, vəzifə səlahiyyətlərindən istifadə etməkdə  ittiham edərək 4 il həbs qərarı verib. Hidayət Karaca toplam 31 il azadlıqdan məhrum edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi çıxarılıb

3 Noyabr 2017 14:45

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili səkiyə çırpılmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a veriln məlumata görə, Gəncə Regional Mərkəzinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü - 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlunun və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun cəsədlərini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.