Seyidağa Onullahinin kitabları MEK- ə hədiyyə edildi
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə tanınmış tarixçi alim Seyidağa Onullahinin ailəsi tərəfindən MEK-ə hədiyyə edilmiş kitab kolleksiyasının təqdimatı keçirilib. Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü MEK-də ənənəvi olaraq keçirilən kolleksiya təqdimatlarının önəminə xüsusi diqqət çəkib. Seyidağa Onullahinin şəxsi kitab kolleksiyasından seçmələri MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Reyhan Məmmədova təqdim edib.
3 Noyabr 2017 14:51 SosialAMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə tanınmış tarixçi alim Seyidağa Onullahinin ailəsi tərəfindən MEK-ə hədiyyə edilmiş kitab kolleksiyasının təqdimatı keçirilib.
Olaylar.az bildirir ki, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü MEK-də ənənəvi olaraq keçirilən kolleksiya təqdimatlarının önəminə xüsusi diqqət çəkib. Seyidağa Onullahinin şəxsi kitab kolleksiyasından seçmələri MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Reyhan Məmmədova təqdim edib.
BDU-nun Arxeologiya kafedrasının müdiri, professor Qüdrət İsmayılzadə təqdim olunmuş kitab kolleksiyasının zənginliyini S.Onullahinin geniş elmi dünyagörüşü ilə əlaqəli olmasıyla izah edib. BDU-nun Tarix fakültəsinin dekan müavini, professor Sevda Süleymanova professor Seyidağa Onullahinin Azərbaycan tarix elminə verdiyi töhfələrdən danışıb. Sonda professorun ailə üzvləri təqdimata görə MEK kollektivinə öz minnətdarlıqlarını bildiriblər.