Bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib

Demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib.

Bir çox hallarda vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən tam məlumatlı deyillər

Demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilib. Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev deyib ki, yerli demokratiya həftəsi bələdiyyələrin inkişafında, vətəndaşlar arasında onların nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır. Onun sözlərinə görə, həftə ərzində bələdiyyələr tərəfindən yerli əhali ilə təmaslar daha da intensivləşməli, təşkil ediləcək görüşlərdə vətəndaşların fəal iştirakı təmin olunmalı, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin möhkəmləndirilməsinə xüsusi önəm verilməlidir: "Bələdiyyələr həftə ərzində görülmüş işlərlə öz vəzifələrini bitmiş hesab etməməli, qazanılmış təcrübədən daim faydalanmağa çalışmalıdırlar. Bildiymiz kimi bu ilin oktyabr ayının 30-dan noyabr ayının 5-dək Binəqədi rayon bələdiyyələri, o cümlədən Biləcəri bələdiyyəsi ərazisində "Azərbaycanda Yerli Demokratiya Həftəsi" çərçivəsində qəsəbənin ayrı-ayrı yerlərində - məhəllə 5057/68 11 saylı binanın qarşısında, X.Məlikaslanov küçəsi, döngə 4-də, , Biləcəri Mədəniyyət və İstirahət parkında, T.Yaqubov küçəsi 22-də, N.Həşimi küçəsi 31-33-də, A.Zeynallı küçəsi 37A-da "Vətəndaşların Yerli özünüidarəetmədə iştirakını təmin etmək", "Bələdiyyə-vətəndaş, Vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək", "Bir bələdiyyə-azı bir layihə", "Bələdiyyələr vətəndaş cəmiyyətinin dayağıdır", "Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir", "Yerli özünüidarəetmədə vətəndaşların rolu" mövzularında görüşlər keçirilməsi nəzərdə tutulmuşdu. Yerli Demokratiya həftəsi 2 mərhələni - əvvəlcə hazırlıq tədbirlərini, ikinci mərhələdə isə görüləcək işlər və yekun mərhələsini əhatə etməlidir. "Açıq qapı" günlərinin, vətəndaşlarla görüşlərin, açıq müzakirələrin təşkili, irəli sürülən təkliflərin qeydiyyatının aparılması, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi, "qaynar telefon" xətlərinin yaradılması, "bələdiyyə poçtu"nun qurulması, fəaliyyətin nəticələrini əks etdirən lövhənin hazırlanması, bələdiyyələrin fəaliyyəti haqqında məlumatların aşkar şəkildə əhaliyə çatdırılması və digər məsələlər öz əksini tapmalıdır. Biz də Biləcəri bələdiyyəsi olaraq bunları diqqətdə saxlayıb, həftə ərzində bələdiyyədə "Açıq qapı" günü elan edərək bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilib onların müraciətlərinə baxılmasını təmin edir, bələdiyyənin inzibati binasında və əhalinin toplaşdığı sıx yerlərdə "bələdiyyə poçt qutusu"nun qoyulmasını təşkil edirik. Vətəndaşlarla operativ əlaqələrin saxlanılması məqsədilə bələdiyyədə (012)401-37-64, (077) 228-37-64 telefon nömrəli "Qaynar xətt"lərin fəaliyyətini diqqətdə saxlayırıq. Qəsəbədə əhalinin gediş-gəlişli və sıx toplandığı ictimai yerlərdə "Açıq qapı" günü ilə bağlı elanlar yapışdırır sakinlərin "Açıq qapı" günündə iştirak etməsinə şərait yaradırıq". Bələdiyyə sədri deyib ki, cari il ərzində qəsəbə sakinləri ilə 12 səyyari görüş keçirilib, o cümlədən problemi daha çox məhəllələr olan Yeni yaşayış massivi Ordubadi və M.Abdin küçələri, X.Məlikaslanov küçəsi, DYP-nin ətrafında səyyari görüşlər keçirilmiş bələdiyyənin fəaliyyəti barədə sakinlərə geniş hesabatlar verilib: 2Keçirilmiş görüşlərdə 385 nəfər sakin iştirak etmiş, həlli vacib olan 421 məsələ barədə təkliflər verilmiş, məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi müəyyənləşdirilib. Bunu da qeyd etmək istəyirəm ki, ötən aylarda yağan davamlı və güclü yağışlar zamanı sakinlərin təsərrüfatlarına ciddi maddi ziyan dəyməsinin qarşısı alınmış həmin günlərdə kollektivimizlə birlikdə sakinlərimizin yanında olmuşuq. Bu da onlarda bələdiyyəyə olan inamın artmasının bariz nümunəsidir". Hikmət Quliyev təəssüflə qeyd edib ki, bir çox hallarda vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən tam məlumatlı deyillər. Ona görə də həftənin təşkilində məqsəd məhz bələdiyyə sədrlərinin birbaşa xalqla təmasa cəlb edilməsi, yerli özünüidarəetmə orqanı üzvlərinin daim vətəndaşların arasında olması, görülmüş işlər barədə əhalinin məlumatlandırılmasıdır. Biləcəri bələdiyyəsində vətəndaşların qəbuluna da xüsusi diqqət yetirilir, belə ki, 2017-ci il ərzində bələdiyyənin məsul şəxsləri tərəfindən ümumilikdə 1223 nəfər vətəndaş qəbul edilib ki, onlardan 267 nəfəri bələdiyyə sədri tərəfindən qəbul olunub".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31