Notarius olmaq istəyənlər noyabrın 25-də imtahan verəcəklər
Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərini təqdim etmiş və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüterdən istifadə olunmaqla noyabr ayının 25-də saat 11.00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (əvvəlki Bakı Asiya Universiteti) keçiriləcək.
3 Noyabr 2017 14:46 SosialCəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərini təqdim etmiş və "Notariat haqqında" Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüterdən istifadə olunmaqla noyabr ayının 25-də saat 11.00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (əvvəlki Bakı Asiya Universiteti) keçiriləcək. Ədliyyə Nazirliyinin İxtisas Komissiyasından "Olaylar"a bildirir ki, namizədlər test imtahanı barədə bildirişi 23-24 noyabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasından (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına 1 saat qalmış gəlməli, şəxsiyyət vəsiqəsini və müvafiq bildirişi mütləq təqdim etməlidirlər.İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, test imtahanında kompüterdən istifadəyə dair Təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib, eyni zamanda nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər. Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.