Gündəm

Karlov sui-qəsdində şok detal – 300 tələbə...

3 Noyabr 2017 16:06

Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun istintaqında şok detallar üzə çıxıb. Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Poroşenko orduya əmr verdi: Donbasa doğru hazır olun!

3 Noyabr 2017 16:04

Ukrayna Prezidenti Pyotr Poroşenko raket qoşunlarına hazırlıq komandası verib. “Raket qoşunları istənilən an lazım gələrsə Donbasa - sərhəd bölgəsinə qayıtmaq üçün hazır olmalıdır”, - Poroşenko deyib. 

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar” – PSİXOLOQDAN ÇAĞIRIŞ

3 Noyabr 2017 15:59

Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq. Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyniyir?! Bəs görəsən bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Doğrudanmı şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?

Bügünkü isti hava iqlim normasından aşağıdır - NAZİRLİK

3 Noyabr 2017 15:56

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Vətəndaş cəmiyyətlərinin dövlət idarəçiliyinə cəlb edilməsi siyasi plüralizmin göstəricisidir

3 Noyabr 2017 15:51

Sirr deyil ki, ölkədə siyasi plüralizmin bariz göstəricisi hesab olunan vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır. Müstəqil Azərbaycanın inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni vətəndaş cəmiyyətlərinin meydana gəlməsi və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. O da etiraf edilməlidir ki, artıq vətəndaş cəmiyyətləri ölkənin siyasi, iqtisadi və sosil həyatında önəmli rol oynayır.

"On minlərlə suriyalı ölümlə üz-üzə qalıb"

3 Noyabr 2017 15:47

"Rusiya rəsmi Şamın icazəsi olmadan ABŞ-ın Suriyada açdığı qanunsuz Əl Tanf hərbi bazasına görə on minlərlə suriyalıya humanitar yardım göndərə bilmir". Bu məlumatı Rusiyanın Suriyadakı atəşkəsə nəzarət mərkəzi yayıb. ABŞ ordusu bölgəyə 55 kilometrdən çox yaxınlaşmağı qadağan edib. Bu səbəbdən hərbi bazaya müharibə cinayəti sayıla biləcək qədər yaxın məsafədə yerləşən Rukban düşərgəsindəki on minlərlə suriyalı ölümlə üz-üzə qalıb.

Dilqəmlə Şahbazın azad edilməsilə bağlı Fransada petisiya başlanıb: BURADAN SƏS VERİN

3 Noyabr 2017 15:40

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova və qurumun üzvü Günel Səfərova tərəfindən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.

Politoloq: “Rusiyanın maraqlarını təmin etmək üçün yaxşı bir fürsət oldu”

3 Noyabr 2017 15:34

“Beynəlxalq nəqliyyat dəhlizi layihəsinə əsasən tikilən Astara-Rəşt-Qəzvin (Şimal–Cənub) dəmir yolu xətti Rusiya və Azərbaycan yüklərinin İran, Hindistan və Omana qədər daşınmasına şərait yaradacaq. Rusiyanın Avropa hissəsinin Qara dəniz vasitəsilə ilə bütün dünyaya çıxışının olması zəmanəti olmasından fərqli olaraq Azərbaycan bu imkanlara mailk deyil. Şimal–Cənub dəmir yolu xətti bizə bütün qitələrə çıxışımızı təmin edəcək. Bu marşrut vasitəsilə il ərzində 20 milyon tona qədər yük daşımaq mümkün olacaq”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Növbəti əfv sərəncamı nə vaxt olacaq?

3 Noyabr 2017 15:35

"Ümid edirəm ki, bu ilin sonuna qədər əfv sərəncamı imzalanacaq". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Qurban Qurbanov millidə nə qədər maaş alacaq?

3 Noyabr 2017 15:31

"Qurban Qurbanovla müqavilənin maddi tərəfləri müzakirə olunmadı". Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib bildirib ki, maliyyə məsələrində problem olmaycaq: "Maliyyə şərtləri ilə bağlı məsələni nə Qurban müəllim qaldırdı, nə də biz. Amma inanmıram ki, hansısa problem yaransın". 

"Dedi özün istəmirsənsə, get ananı, bacını gətir" - ŞOK İFADƏ

3 Noyabr 2017 15:25

Tanışını bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi 1996-cı il təvəllüdlü Kamran İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. 

Hollywood yıldızı Crowe'dan mültecilere destek

3 Noyabr 2017 15:23

Yeni Zelandalı Hollywood yıldızı Russell Crowe, kapatılan Manus Adası gözaltı merkezindeki mülteci ve sığınmacıların Avustralya’ya getirilmeleri durumunda altısına ev ve iş bulacağını söyledi. Avustralya’ya kaçak yollarla girmeye çalışan sığınmacıların gönderildiği ve üç gün önce resmi olarak kapatılan Manus Adası'ndaki gözaltı merkezini güvenlik endişesiyle terk etmeyen mülteci ve sığınmacılara Hollywood yıldızı Russell Crowe’dan destek geldi. 

Bakı Baş Polis İdarəsi Müsavat Partiyasına xəbərdarlıq etdi

3 Noyabr 2017 15:23

Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı xəbərdarlıq edib. Baş İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov açıqlamasında bildirib ki, paytaxtda razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya piketin keçirilməsinə imkan verilməyəcək. Kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış piket keçirməyə cəhd edərsə, qarşısı tərəfimizdən alınacaq. Belə bir cəhdə təşəbbüs göstərənlər isə məsuliyyətə cəlb olunacaqlar”.

Ermənistan Rusiyadan yenə “İsgəndər”lər alır?

3 Noyabr 2017 15:21

Xəbər verildiyi kimi Ermənistan Rusiyadan silah almaq üçün 100 milyon dollarlıq yeni güzəştli kredit müqaviləsi imzalamağa hazırlaşır. Müdafiə naziri Vigen Sərkisyan deyib ki, həmin kredit silahlı qüvvələrin “strateji çəkindirmə təyinatlı silahlarla” təchizatına sərf olunacaq.

Regional layihələr Ermənistandan yan keçir

3 Noyabr 2017 15:19

Son bir neçə gün ərzində Azərbaycan, o cümlədən region üçün bir neçə əlamətdar hadisə baş verib. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib, 31-də i Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası baş tutub. Noyabrın 1-də isə Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Yerli və benəlxalq siyasətçilər baş verənlərin ölkəmiz, region, eləcə də dünya üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.