Gündəm

Qırğızıstanda ara qarışdı - Qazaxıstana görə

3 Noyabr 2017 17:18

Qırğızıstanın Talas şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb edirlər.

Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

3 Noyabr 2017 17:14

Dövlət başçısının “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamında bu sahənin inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilib, çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Biznes Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb.

Oqtay Əsədov: Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır

3 Noyabr 2017 17:04

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ilə görüşüb.”Olaylar” xəbər verir ki, görüşdə gələcək əməkdaşlıq imkanları, münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Azərbaycan-Fransa əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır.

Bakı-Tbilisi-Qars dəmir yolunda Azərbaycan 1 milyard dollar əldə edəcək

3 Noyabr 2017 17:01

Noyabrın 3-də Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə “Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda maarifləndirici tədbir keçirilib. Olaylar.az bildirir ki, universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun ölkənin enerji siyasətinin mahiyyətinin ətraflı şəkildə əhaliyə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Silsilə oğurluqla məşğul olan şəxs tutulub

3 Noyabr 2017 16:35

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vurğun İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2 evdən 500 ABŞ dolları və 6134 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Telefon oğurlayan qadın saxlanıb

3 Noyabr 2017 16:34

Bakı şəhər sakinləri olan iki qadının mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 29-da Bakı şəhər sakini S.Əliyevanın, oktyabrın 31-də isə V.Səmədovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Nazim Bağırov, Tünzalə Əsgərova və Seymur Zahidov Səbail RPİ 9-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Avtomobil qaçıran saxlanıb

3 Noyabr 2017 16:33

Avtomobil qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Amil Sadıqova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Xəlilov tutulub, 1 nəfər isə müəyyən edilib. Avtomobilin tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qadının çantasını aparan şəxsin əlləri qandallandı

3 Noyabr 2017 16:32

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, cari il iyunun 13-də G.Babayevanın içərisində 850 manat, 1700 ABŞ dolları və sənəd olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

Mağazanı qarət edən şəxs saxlanıb

3 Noyabr 2017 16:27

Mağazadan 3100 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki bazarda rayon sakini Rahib Əliyevə məxsus mağazadan 3100 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Həsənov tutulub.

Seyfdən 1750 manat aparan şəxs tututlub

3 Noyabr 2017 16:26

Seyfdən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 2-də saat 3 radələrində DİN-in “102” Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumat aidiyyatı üzrə ötürülüb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Sumqayıtda məktəb direktoru işdən çıxarıldı 

3 Noyabr 2017 16:23

Sumqayıtda məktəb direktoru vəzifəsindən azad olundu. Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoruBəhruz Ramazan oğlu Səlimxanov işdən azad edilib. Bununla bağlı Təhsil Naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Qardaşa görə bacını kənddə çılpaq gəzdirdilər

3 Noyabr 2017 16:21

Pakistanda yeniyetmə qızı kənd küçələrindən çılpaq keçmə vadar etmiş 8 kişi həbs olunub. Onlar qardaşın əməlinə görə bacıdan "qisas" alıblar. Olay Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunxva vilayətində Dera İsmayıl Xan bölgəsində yaşanıb.

Sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərə baxış olub

3 Noyabr 2017 16:19

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin sosial sifarişi əsasında “Müşfiq” Sağlamlıq imkanları məhdud uşaqlara yardım İctimai Birliyi tərəfindən müvafiq layihə çərçivəsində uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə tanış olub. 

Əməkdar artist konsert verəcək konserti

3 Noyabr 2017 16:17

Noyabrın 3 – də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Avropada yaşayan dünyaşöhrətli pianoçu, professor, əməkdar artist, adına Pianoçuların Beynəlxalq Müsabiqəsi olan Adilə Əliyevanın konserti olub. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Azərbaycan regionun nəqliyyat paytaxtına çevrilir

3 Noyabr 2017 16:14

Azərbaycan son illərdə təşklif etdiyi, təşəbbüs göstərdiyi və birbaşa iştirak etdiyi regional və qlobal əhəmiyyətli layihələrlə Cənubi Qafqazın bütün parametrlər üzrə aparıcı ölkəsi olduğunu bir daha təsdiqləyir.