Bakı-Tbilisi-Qars dəmir yolunda Azərbaycan 1 milyard dollar əldə edəcək
Noyabrın 3-də Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə “Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda maarifləndirici tədbir keçirilib. Olaylar.az bildirir ki, universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun ölkənin enerji siyasətinin mahiyyətinin ətraflı şəkildə əhaliyə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.
3 Noyabr 2017 17:01 SosialNoyabrın 3-də Bilik Fondunun təşkilatçılığı ilə "İqtisadi maarifləndirmə" proqramı çərçivəsində İqtisad Universitetinin "Heydər Əliyev Mərkəzi"ndə "Bakı-Tbilisi-Qars Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Olaylar.az bildirir ki, universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun ölkənin enerji siyasətinin mahiyyətinin ətraflı şəkildə əhaliyə çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.
Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili beynəlxalq yükdaşımaların marşrutu barədə ətraflı məlumat verərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tam işə düşməsi ilə Azərbaycanın yüklərin tranzitindən 1 milyard dollardan çox gəlir əldə edəcəyini bildirib.