Qırğızıstanda ara qarışdı - Qazaxıstana görə
Qırğızıstanın Talas şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb edirlər.
3 Noyabr 2017 17:18 DünyaQırğızıstanın Talas şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb edirlər.
Qeyd edək ki, ötən ayın əvvəllərində Qazaxıstan Qırğızıstanla sərhəddə nəzarəti gücləndirərək bu ölkədən yüklərini keçidinin 3 dəfəyədək azalması barədə tədbirlər görüb. Bu yüklərin 80 faizi tranzit yolu ilə Rusiyaya çatdırılırdı. Etiraz aksiyasının dinc şəraitdə davam etdiyi bildirilib. Qırğızıstan mətbuatı aksiyada 500-dən çox adamın iştirak etdiyini yazır. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31