Gündəm
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub. Məlumata görə, Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru təyin olunub.
Zeynal Nağdəliyev "Şöhrət" ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Zeynal Nağdəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin maaşları artırılıb
Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
“ABŞ-dan çox güclü silah alacağıq” - Moskvaya MESAJ
Ukrayna tezliklə ABŞ-dan çox güclü radioelektron və batereya əleyhinə mübarizə kompleksləri alacaq. Bunu Ukrayna prezidenti Petro Poroşenko raket qoşunları günü münasibəti ilə keçirilən tədbirdə deyib.
“Qoca” ləqəbli kriminal avtoritetin zərərsizləşdirilməsi zamanı saxlanılan şəxs barəsində həbs qərarı verilib
Nəsimi rayon Məhkəməsində “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan Şahmar Bəyəlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
DİN-ə yollarda parklanma yerlərinin təşkili ilə bağlı səlahiyyətlər verildi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fədayə Laçın azad oluna bilər? - hüquqşünas danışdı
Prezident İlham Əliyev Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı fərman imzalayıb
Prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Təyyarəyə minənləri tərəzidə çəkirlər
Finlandiyanın "Finnair" hava yolları şirkəti təyyarəyə minəcək sərnişinləri bir-bir tərəziyə çıxardaraq çəkilərini ölçür. Ölkənin paytaxtı Helsinkidə "Finnair" hava yollarına məxsus təyyarələr son illər də maraqlı layihələri ilə gündəmə gəliblər. Turizm sahəsində ən çox istifadə edilən hava yolları şirkətinin bu addımı dünya meiasının diqqətini çəkib.
Ərdoğan: Suriyada hərbi əməliyyatlar keçirməyə tam haqqımız var
Türkiyənin Suriyada terrorçulara qarşı hərbi əməliyyatlar keçirməyə tam haqqı var. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bəyan edib ki, Türkiyə Suriya və İraq ərazilərində bütün terrorçuları məhv edəcək. R.T.Ərdoğan bildirib ki, heç bir ölkə öz sərhədləri yaxınlığında terrorçular üçün dəhlizin yaradılmasına imkan verməz.
Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı bilindi
Azərbaycanda ömürlük azadlıqdan məhrum olunanların sayı məlum olub. Məlumata görə, 2016-cı ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2015-ci ildə bu rəqəm 4, 2014-cü ildə 13, 2013-cü ildə isə 15 nəfər olub.
ABŞ pedofillərin pasportlarını dəyişdirir
ABŞ-da pedofillərin xarici pasportlarında xüsusi qeydlər yazılacaq. Cinsi istismarda şübhəli bilinən, məhkumluq həyatı yaşayan şəxslərin xarici pasportlarının sonuncu səhifəsində "Yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismarda ittiham edilib və cinsi zorakılıq aktına görə cinayətkar hesab edilir" kimi qeyd yazılacaq.
ABŞ Rusiyanın “qatil”inin analoqunu hazırlayır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “hava-hava” sinfindən olan yeni raketin hazırlanması üzrə ikiillik proqramı reallaşdırır. Raket böyük məsafələrdə hədəfləri ələ keçirə biləcək.
UEFA ən yaxşıları sıraladı - Siyahıda “Qarabağ” da var
Beynəlxalq Futbol Federasiyası (UEFA) Avropa klublarının 2017-2018-ci il siyahısını təqdim edib. Klublar UEFA-nın verdiyi xallara əsasən sıralanıb.
Zorladığı qızla evləndi: onu maşında başqası ilə sevişərkən tutdu - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Türkiyənin Muğla vilayətinin Bodrum ərazisində keçmiş əri tərəfindən öldürülən Gizem Olgunun sayca III məhkəmə prosesi baş tutub. İş yerinə gedərək keçmiş arvadının boğazını kəsərək 27 yerindən bıçaqlayıb öldürən Mert Toprak barədə "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılmışdı. 9 il evli olduğu, bir mebel dükanında çalışan, mart ayında boşandığı 25 yaşlı bir uşaq anası olan keçmiş arvadı Gizem Olgunu öldürən Mert Toprakın onu tez-tez təhdid etdiyi də məlum olub.











