Prezident İlham Əliyev Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı fərman imzalayıb
Prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
3 Noyabr 2017 17:46 SiyasətPrezident İlham Əliyev "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilir:
| 18. |
Gözün buynuz qişası |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
Beləliklə, Azərbaycana gözün buynuz qişasının gətirilməsinə icazə verilib.