ABŞ pedofillərin pasportlarını dəyişdirir
ABŞ-da pedofillərin xarici pasportlarında xüsusi qeydlər yazılacaq. Cinsi istismarda şübhəli bilinən, məhkumluq həyatı yaşayan şəxslərin xarici pasportlarının sonuncu səhifəsində "Yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismarda ittiham edilib və cinsi zorakılıq aktına görə cinayətkar hesab edilir" kimi qeyd yazılacaq.
3 Noyabr 2017 17:26 DünyaABŞ-da pedofillərin xarici pasportlarında xüsusi qeydlər yazılacaq. Cinsi istismarda şübhəli bilinən, məhkumluq həyatı yaşayan şəxslərin xarici pasportlarının sonuncu səhifəsində "Yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi istismarda ittiham edilib və cinsi zorakılıq aktına görə cinayətkar hesab edilir" kimi qeyd yazılacaq. ABŞ-ın Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd edilən məlumata əsasən, cinayətlə ittiham edilən şəxslərin hazırki pasportları yararsız hesab ediləcək. Faktların qeyd ediləcəyi yeni pasportların istifadəyə veriləcəyi tarix isə hələ müəyyən olunmayıb. Publika.az