Gündəm
Molla Pənah Vaqifin 300 illik yubiley tədbiri
Mədəniyyət və İncəsənət Universiteti və 23 saylı məktəbin birgə təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı gecə keçirilib. Olaylar.az bildirir ki, tədbir 23 saylı məktəbin müəllim və şagirdlərinin ifasında Vaqifin şeirlərinin Azərbaycan və rus dillərində səsləndirilməsi ilə başlayıb. Konsertdə Qəmbər Hüseynli, Cahangir Cahangirov, Pikə Axundova, Elza Seyidcahanın Vaqifin sözlərinə yazdığı mahnı və romanslar, şairin sözlərinə muğam və təsniflər, habelə aşıq havaları ifa edilib.
Çinin məşhur bayramı - “Chuanyan”
Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb.
Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival
Noyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib. Olaylar.az bildirir ki, layihənin təşkil olunmasında məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsidi.
Aprel şəhidlərinin xatirəsi yad edildi
Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi əsasında “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib. Tədbirin məqsədinin Aprel döyüşlərində şəhid olanların adlarının təbliği və əbədiləşdirilməsi olduğunu söyləyən S.Hüseynov hər bir vətəndaşın həyatını qəhrəman kimi yaşamasının, xalqına və dövlətinə sadiq vətəndaş kimi xidmət etməsinin zəruriliyini vurğulayıb.
Diş ağrısına görə XƏSTƏLİYİNİZDƏN XƏBƏRDAR OLUN
Dişinizdə yaranan ən xırda problem belə orqanlarınızın fəaliyyətinə mənfi təsir edə bilər. Mütəxəssis stomatoloqlar yeni kəşflərilə bütün fikirləri öz üzərlərinə çəkməyə nail olublar. Bir qrup amerikalı həkimin fikrincə, ön 1-ci və 2-ci dişlərimiz böyrəklər və sidik kisəsi ilə birbaşa əlaqəlidir. Sıra ilə növbəti 3-cü alt-üst dişlər isə qaraciyərin fəaliyyəti ilə sıx bağlıdır. Növbədəki 4-cü və 5-ci dişlər ağcıyər və bağırsaq sistemi, 6-cı və 7-ci dişlərimiz öd kisəsi və mədəaltı vəzi ilə əlaqəlidir. Ağıl dişləri isə birbaşa ürək sinirləri ilə bağlıdır.
Virtual pul oğurlayan virus aşkarlanıb
“Kasperski laboratoriyası” şirkətinin ekspertləri istifadəçilərin elektron pul kisələrindən kriptovalyuta oğurlayan virus aşkarlayıblar. Virus pulları istifadəçi vəsaitləri bir kriptovalyuta kisəsindən digərinə köçürən zaman oğurlayır. İstifadəçi tranzaksiyanın həyata keçirilməsi zamanı “kopyala və qoy” funksiyası vasitəsilə vəsaiti alan şəxsin pul kisəsinin identifikasiya nömrəsini “kopyalayır”. Bundan sonra qurğuların mübadilə buferini izləməyə başlayan “CryptoShuffler” adlanan virus aktivləşir. Ehtimal edilən pul kisəsi ünvanını aşkarlayan proqram onu öz hesab nömrəsi ilə dəyişərək pulları birbaşa cinayətkarlara köçürür.
“YouTube Kids” proqramında uşaq profili açmaq mümkün olub
“Google” şirkəti “YouTube Kids” əlavəsini yeniləyərək onu yeni dizayn, geniş valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin edib.
Qeyri-adi məlumat saxlama üsulu hazırlanıb
Vaşinqton Universitetinin alimlər qrupu qeyri-adi informasiya daşıyıcısı - məlumatları bilavasitə geyimdə daşımağa imkan verəcək “ağıllı parça” yaradıblar. Böyük perspektivlər vəd edən layihə texnologiyalar dünyasında irəliləyişə səbəb ola bilər. Çünki bundan sonra informasiyanı həm elektrik, həm də maqnetik enerjini saxlaya bilən tellərdə mühafizə etmək mümkün olacaq.
Saçlarınız pis uzanır və tökülürsə, bu TƏBİİ YAĞdan istifadə edin
Ayıpəncəsi yağı saçlara təbii qulluq vasitələri arasında ən tanınmış, sınanmış və effektli vasitələrdən biridir. Ayıpəncəsi bitkisinin saçlara olan müsbət təsiri elmə də təsdiq olunub. Ayıpəncəsi bitkisinin ekstraktı və yağı bir çox şampun və saç üçün hazır maskaların tərkibinə daxil edilir.
Argentinanın sabiq vitse-prezidenti saxlanıldı — SƏBƏB
Argentinada ölkənin sabiq vitse-prezidenti Amado Budu saxlanılıb. Amado çirkli pulların yuyulmasında ittiham edilir. Bundan başqa sabiq vitse-prezidentin iş partnyoru və uşaqlıq dostu Hose Nunyes Karmona da saxlanılıb.
Yer səthinin məsafədən müşahidəsi xidmətləri ilə bağlı müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC növbəti dəfə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələri elan edib.
Suriyada növbəti terror — 9 ölü
Suriyanın Kuneytra vilayətinin Hader şəhərində terror aktı törədilib. Kamikadze terrorçu üzərindəki bombanı işə salıb. Terror aktı nəticəsində 9 nəfər həlak olub, 21 nəfər isə xəsarət alıb.
Hakim Mehman Hüseynova xəbərdarlıq etdi
Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi davam edib. Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər M.Hüseynovun şüşə qəfəsdən çıxarılması, onun barəsində həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət veriblər.
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi keçirilir
Milli Azərbaycan Tarixi Muzeyində (Bakı şəhəri, H.Z.Tağıyev küçəsi,4) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya də peşə təlimində olan gənclərin əl işlərindən ibarət “Duyğularımın rəngi” adlı sərgi keçirilir. On gün davam edəcək sərginin açılışında ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.
Təklikdən xilas olmaq istəyənlərə MƏSLƏHƏT
Müasir dövrün ən çox yayılan sosial problemlərindən biri də təklikdir. Xüsusilə gənclər arasında təklik hallarına daha çox rast gəlinir. Lakin psixoloqlar bu məsələyə optimist yanaşırlar. Türkiyəli psixoloq İşıl Yenikaynak bildirir ki, ictimai əlaqələri nizamlı olan adamlar həyata qarşı optimist olurlar və təklik hissindən tamamilə xilas olma şansları yüksəkdir. Psixoloqun təklikdən xilas olmaq üçün verdiyi məsləhətləri təqdim edirik.
.jpg)












.jpg)
