Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival

Noyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə  IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib. Olaylar.az bildirir ki, layihənin təşkil olunmasında məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsidi.

Noyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə  IV "Türk dünyası ənənəvi uşaq oyunları festivalı" keçirilib. Olaylar.az bildirir ki, layihənin təşkil olunmasında məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsidi.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Sənan Talıbov açdığı rəsmi hissəsində Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Orhan Işık,  Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yunus Emre Bakı İnstitutun direktoru İbrahim Yıldırım, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhərindəki bölməsinin sədri Xəzəngül Hüseynova, xarici qonaqları Amangeldı Mırzabayev və Venera Jamanova çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31