Gündəm

“O gün Rafiq...” Vida mərasimindən REPORTAJ

3 Noyabr 2017 22:55

Ayxan Ayvazın Xalq artisti Rafiq Hüseynovun vida mərasimindən yazdığı reportajı təqdim edirik.   ... Yazım da onun vida mərasimi kimi sükutla başlasın. Çələnglər görünsün əvvəlcə, ardınca gülümsəyən şəkli...

Eldar Mahmudovun köməkçisi HƏBS OLUNDU

3 Noyabr 2017 22:48

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib. Hüquq-mühafizə orqanlarından fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Həmkarlarım üçün qapım bağlıdır, çünki..."  - Xalq artisti evinə qapandı

3 Noyabr 2017 21:16

Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb.Telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb. "3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim.

Daha bir azərbaycanlı axtarılır - İnterpol tərəfindən

3 Noyabr 2017 21:07

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1983-cü il təvəllüdlü Haldun Hacıyev dələduzluqda təqsirləndirilir. H.Hacıyev barəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. O, istintaqdan yayınıb.

Mənşəyi məlum olmayan toyuq əti satılır - "8-ci kilometr bazarı"nda

3 Noyabr 2017 21:02

Bakıda "8-ci km. bazarı"ndakı ət mağazalarında toyuq əti açıq halda satılır və üzərində mənşəyi, istehsalı ilə bağlı məlumatlar yoxdur. Vətəndaşların bir çoxu bu toyuq ətlərini sağlamlığa təhlükə sayırlar. Soruşduqda isə Ukraynadan və bilmədikləri firma tərəfindən gətirildiyini bildirirlər. Harada istehsal olunduğu, son istifadə tarixi məlum olmayan toyuqlar hər gün vətəndaşlara satılır. Vətəndaşların bəziləri bu toyuqları alsalar da, əksəriyyəti açıq satılan toyuq ətindən istifadə etmədiklərini deyirlər.

“Kor Hüseyn” tutuldu: Lənkəranski klanına daha bir zərbə

3 Noyabr 2017 20:57

Çeçenistanın paytaxtı Qroznı şəhərində “Kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədov həbs edilib. Onun üzərindən xeyli miqdarda narkotik götürülüb. “Kor Hüseyn” mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. Hətta Türkiyədə yaşayarkən Rövşənlə birgə qalıb. Rövşənin qətlindən sonra İstanbulu tərk edərək Qroznıya qayıdıb.

Rusiyanın 30 vətəndaşına qarşı sanksiya - Kanadadan

3 Noyabr 2017 20:55

Kanada Rusiyanın 30 vətəndaşına qarşı sanksiya tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiyalar Venesuela və Cənubi Sudan vətəndaşlarına da qarşı tətbiq edilib.

Aptek müdiri həbs olundu - Bakıda

3 Noyabr 2017 20:51

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması faktları üzrə başlanmış cinayət işi üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq tədbirləri davam etdirilir. Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsinin birgə məlumatında bildirilir ki, istintaqla 1988-ci il təvəllüdlü Abiyev Tural Famil oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr və oktyabr aylarında qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 200 mq” adlı dərmanı əldə edib əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almadan işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 74d saylı ünvanda yerləşən “Bizim Aptek”də saxlamasında və 23-24 oktyabr 2017-ci il tarixlərdə həmin aptekdə qanunsuz satdırmasında əsaslı şübhələr müəyyən edilib.

Misir ehramında gizli otaq aşkarlandı - FOTOLAR

3 Noyabr 2017 20:42

Alimlər Misirdəki Xeops ehramında gizli otaq aşkarlayıb. Yaponiya, Fransa və Misirdən olan bir qrup alim ehramda apardıqları araşdırmalar zamanı uzunluğu 30 metrə yaxın olan naməlum boş otaq barədə elmi məqalə yazıblar. Bu barədə məlumatı “Nature” jurnalı dərc edib. Tədqiqat zamanı alimlər içəriyə daxil olmadan ehramda boşluqları göstərməyə imkan verən myuon radioqrafiyası metodundan istifadə ediblər. Otağın hansı məqsədlə tikildiyi hələlik məlum deyil.

"Həyat yoldaşım uğursuz insandır" - əməkdar artist

3 Noyabr 2017 20:00

“Kaş üç-dörd uşağım olardı. İndi nəvə istəyirəm. Fikirləşirəm ki, övladım ailə qursun, uşağı olsun. Amma qızım ailə qurmaq istəmir. Uşaqları çox sevirəm, onlardan zövq alıram”. Məlumata görə, bu sözləri əməkdar artist naibə Allahverdiyeva “Günə davam” verilişində deyib. Aktrisa özündən yaşca balaca olan həyat yoldaşından danışıb: "Yoldaşım işimə qarışmır. Xasiyyəti pis deyil, qısqanclıq etmir. Sadəcə uğursuz insandır. İşində uğur qazana bilmir. Bu da ona psixoloji təsir edir. Bəzən olur ki... (kövrəlir) Bu yaşımda ayılmışam. Artıq insanları dəyişmək istəmirəm.

Smartfonların rüblük tədarükü 400 milyon ədədi ötüb

3 Noyabr 2017 19:55

“Counterpoint Research” analitik şirkəti hesabat təqdim edərək dünya smartfonlar bazarının rüblük tədarük həcminin 5 faiz artaraq 400 milyon ədədi üstələməsini açıqlayıb.

İlk oyun smartfonu buraxılıb

3 Noyabr 2017 19:50

“Razer” şirkəti Londonda keçirilən təqdimatda oyun həvəskarları üçün nəzərdə tutulan ilk “Razer Phone” smartfon modelini təqdim edib.

Faciəvi şəkildə qətlə yetirilən Vatan Şaşmaz haqqında ŞOK BİLGİLƏR

3 Noyabr 2017 19:45

Məşhur türkiyəli müğənni Nihat Doğan keçmiş sevgilisi Filiz Aker tərəfindən faciəli şəkildə qətlə yetirilən Vatan Şaşmaz haqqında Türkiyəni şoka salacaq məlumatlar var. Müğənninin açıqlamasına görə, bu məlumatlar istintaqa məlum olarsa cinayətin istiqaməti dəyişəcək.

Hollivud ulduzundan qaçqınlara DƏSTƏK

3 Noyabr 2017 19:40

Avstraliyaya qaçaq yollarla daxil olmağa çalışan miqrantların yerləşdirildiyi və rəsmi olaraq bağladılan Manus adasında məşkunlaşan qaçqınlara məşhur Hollivud ulduzu Russell Crovdan dəstək gəlib. Olaylar.az bildirir ki, məşhur aktyor adadakı altı miqranta ev və iş tapaçağını bildirib. Aktyor rəsmi tvitter səhifəsindən adada miqrantlara qarşı aparılan siyasəti tənqid edib. Avstraliya rəsmiləri adaya verilən qaz, su, elektrikdə uzunmüddətli fasilələr yaradıb. Adaya qida ehtiyatlarının göndərilməsində də problemlər var.