Gündəm

İlk qadın opera müğənnisi Şövkət Məmmədovanın 120 illyi

4 Noyabr 2017 14:18

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, muzeyin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas-alim, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Şövkət Məmmədovanın yaradıcılıq yolu, xidmətləri haqqında çıxış ediblər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sənədli videokadrlar ilə müşayiət olunub.

Diplomat tələbələrə mühazirə oxudu

4 Noyabr 2017 13:20

 Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə demək üçün universitetə gələn Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim ilə görüşüb. Səfirə tələbələrlə görüşə razılıq verdiyi üçün təşəkkür edən K.Abdulla ümid etdiyini bildirib ki, onlar bu mühazirədən faydalanacaqlar.

"Bayrağımız qürurumuzdur!" - Rəsm aksiyası

4 Noyabr 2017 12:50

Noyabrın 8 - də Mədəniyyət və Turizm Nazirliyinin, Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Rayonu Heydər Əliyev Parkında “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması, insanlarda, xüsusən gənc nəslin nümayəndələri, eləcə də yaradıcı ziyalılar arasında üçrəngli Azərbaycan bayrağına sədaqət kimi milli vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə həyata keçirilir.

Auqsburq Universitetinin doktorantı Qurban Səid yaradıcılığını tədqiq edir

4 Noyabr 2017 12:18

Azərbaycan Dillər Universitetində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetinin doktorantı Kristin Bossauer-Qrossun iştirakı ilə dəyirmi masa keçirilib. K.B.Qrossu tədbir iştirakçılarına təqdim edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova qonağın ADU-da olmasının əsas səbəbinin Qurban Səid yaradıcılığını daha dərindən tədqiq etmək və onun ədəbi irsinin incəliklərini öyrənməkdən ibarət olduğunu söyləyib.

“Duyğularımızın rəngi” adlı sərgi

4 Noyabr 2017 11:48

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılış mərasimi olub. “3 dekabr - Beynəlxalq Əlillər günü”nə həsr olunmuş “Duyğularımın rəngi” adlı sərgi Bilik Fondunun dəstəyi ilə keçirilir. Olaylar.az bildirir ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud istedadlı gənclərə dəstək olmaq və onların müxtəlif sənət sahələrini əks etdirən əl işlərini ictimaiyyətə təqdim etməkdir. Sərgidə 28 yaradıcı gəncin 100-dən çox əl işləri nümayiş olunub. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri Muzeyin elmi-ekspozisiyası ilə yaxından tanış edərək, onları maraqlandıran sualları ətraflı cavablandırıb.

İnternetdə ilk virus nə vaxt aşkarlanıb?

4 Noyabr 2017 10:33

1988-ci il noyabrın 2-də dünyada ilk dəfə internetin virusla yoluxdurulması faktı aşkara çıxarılıb. Həmin gün ABŞ ərazisində altı min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin “sendmail” və “fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə onları yoluxdurub. Sonradan məlum olub ki, virusun müəllifi Kornel Universitetinin aspirantı Robert Morrisdir.

“Next Level Azerbaijan” proqramının yekun konserti

4 Noyabr 2017 10:12

Bakı və Mingəçevir şəhərlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının yekun konserti keçirilib. Olaylar.az bildirlir ki, Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti və Musiqi sənəti fakültəsinin tələbələrinin də iştirak etdiyi konsertlərdə MC, Beatbox, Hip-Hop və müxtəlif rəqslər nümayiş olunub. Sonda tələbələr “Next Level Azerbaijan” proqramı üzrə sertifikat ilə təltif olunublar.

Gəncəyə sürət qatarı ilə gedə biləcəksiniz  - Tezliklə

4 Noyabr 2017 09:22

Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsilə cəmi 4 saata çata biləcəklər. Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir. Bunu Xəzər Xəbərə açıqlamasında Azərbaycan Dəmir yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

Sərhəddə atışma -  Həlak olanlar var

4 Noyabr 2017 09:02

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub. Sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib. Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Ronaldo “İlin ən yaxşı bombardiri” seçilib

4 Noyabr 2017 08:03

Real Madridin və Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldoya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə “İlin ən yaxşı bombardiri” mükafatı təqdim edilib.

Atatürk Olimpiya Stadionunun ÇL-2020-nin final qarşılaşmasına namizədliyi irəli sürüldü

4 Noyabr 2017 06:52

Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final qarşılaşması üçün namizədliyi irəli sürülüb. Bu barədə Avropa futbol qurumu (UEFA) məlumat yayıb. UEFA həmçinin bu görüş üçün Portuqaliyanın "Benfika" klubunun "Estadio da Luz" stadionunun da namizəd olduğunu açıqlayıb.

Nevrozun əsas əlamətləri: digər xəstəliklərlə səhv salmayın

4 Noyabr 2017 06:48

Nevroz sinir sisteminin geri dönən funksional pozulmadır. Nevroz təhlükəli xəstəlik olmasa da insanın həyat keyfiyyətini xeyli azaldır. Bütün dünyada nevroz ən yayılmış nevroloji pozulmadır. Tibbi stasistika göstərir ki, ildən ilə bütün dünyada nevroz halları artmaqdadır. Alimlər bunun əsas səbəbini müasir insanın olduqca sürətli, stresli həyat tərzi ilə izah edir. Böyük şəhərlərdə yaşayan insanlarda kənd yerlərində yaşayan insanlarla müqayisədə nevroza dəfələrlə tez-tez rast gəlinir. Qadınlar nevrozlara daha çox meyilli olurlar ki, bu da onların kişilərə müqayisədə daha emosional və həssas olmalarından irəli gəlir.

"Muğam dünyası" BDU-da

4 Noyabr 2017 00:11

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov "Muğam Dünyası" layihəsinin təşəbbüsükarlarını salamlayaraq, tədbiri yüksək qiymətləndirildiyini vurğulayıb. Daşqın Qənbərov qeyd edib ki,  Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilib.