Gündəm

BTQ ilə yola salınan qatar son stansiyaya çatdı

4 Noyabr 2017 20:11

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar sonuncu stansiyaya çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yük qatarı Mersin şəhər stansiyasına çatıb. Otuz konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib və 600 ton buğda daşıyıb.

Həsən Şirinovun bacısı oğlu həbs olundu

4 Noyabr 2017 20:07

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib. Bu barədə  Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub. Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, sahibkarlıqla məşğul olan vətəndaşın  170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb.

Modelin batdığı yaxtada deputatın oğlu da olub – Rəsmi təsdiq  

4 Noyabr 2017 18:19

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov son dərəcə bahalı yaxtasını satıb. Alqı-satqı Həbib Axundovun adı hallanan mübhəm ölüm işindən az sonraya təsadüf edib.  Xəbərdə bildirilir ki, 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində ölüm baş verib. Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın olduğu yaxta dənizə çıxıb və model müəmmalı şəkildə Xəzərin sularına qərq olub. Fövqəladə Hallar Nazirliyi (FHN) xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Yeni İŞİD üçün HAZIR OLUN! – Bu ölkələr hədəf OLACAQ

4 Noyabr 2017 18:15

İŞİD terror təşkilatı İraq və Suriyada demək olar ki, məhv edilib. Təşkilat 2014-cü ildə iki ölkə ərazisində böyük ərazilər əldə edərək “xilafət dövləti” qurulduğunu elan etmişdi. Amma son üç ildə İŞİD ələ keçirdiyi torpaqların 80 faizini itirdi. Hazırda İraq ərazisinin 5 faizi İŞİD-in nəzarətindədir. Suriyada isə İŞİD ölkənin şərqindəki Deyr-ez-Zor əyalətində qalıb. Beləliklə, İŞİD-in iki ölkə sərhədində yerləşən Fərat çayının ətrafında qaldığı deyilə bilər. Lakin siyasi ekspertlərə görə, İŞİD-in torpaqları itirməsi müharibənin başa çatdını deməyə əsas vermir. Əsas sual torpaqlarını, çoxlu sayda döyüşçüsünü və 120 aparıcı liderini itirən İŞİD-in gələcəyi ilə bağlıdır.

Aparıcı canlı yayımda ağladı - RAFİQ HÜSEYNOVA GÖRƏ

4 Noyabr 2017 18:13

Mədəniyyət TV-də xəbərlərin yayımı zamanı duyğulu anlar yaşandı. Mərhum Xalq artisti Rafiq Hüseynovun dəfin mərasimi haqqında xəbər efirə getdikdən sonra aparıcı göz yaşlarına hakim ola bilməyib.

Bürcləri 2018-ci ildə NƏ GÖZLƏYİR: Sarı İt kimlər üçün DÜŞƏRLİ OLACAQ?

4 Noyabr 2017 18:11

2018 Sarı İti ili üzərində təhvil olacaq. İlin hamisi Oğlaqlara, Əqrəblərə və Dolçalara mərhəmət göstərəcək, halbuki, ilk ayların onlar üçün çətin keçəcəyi proqnoz edilir. 2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndıriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə yaxınlarının rəğbətini itirmək risk ilə qarşılaşacaq. Məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları ilə tanış edirik.

Rəis saxlanıldı

4 Noyabr 2017 16:55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb.

“Hər sevişdiyimizlə dost olmuruq” - Amaliya Pənahova

4 Noyabr 2017 16:52

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova yaradıcılıq sirlərindən danışıb. İllərin sənətkarı bildirib ki, peşəkar aktrisa tərəf-müqabilləri ilə həyatdakı münasibəti səhnədə hiss etdirməməlidir. Bunu peşəkarlıq kimi dəyərləndirən xalq artisti səhnə fəaliyyətindəki münasibətlərin həyatdakı münasibətlərə dəxli olmadığını deyib:

"O ses Türkiye"nin Bakı seçimləri 

4 Noyabr 2017 16:49

Türkiyənin məşhur səs yaşışması olan “O SƏS TÜRKİYƏ” yə Azərbaycandan qatılmaq istəyən  iştirakçıların seçim mərhələsi bu gün strat götürüb.   Bakının məhşur otellerindən birində baş tutan seçim mərhələsinə qatılım marağı olduqca yüksəkdir. Yüzlərlə gənc, iştirak etmək arzusu ilə öz şansını sınayır.

“ASAN xidmət” ATƏT-in İnsan Ölçüsü Komitəsində təqdim olundu

4 Noyabr 2017 16:46

ATƏT-in İnsan Ölçüsü Komitəsində Azərbaycanda dövlət xidmətlərinin müasirləşdirilməsi sahəsində hesabat təqdim olunub. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Kamran Ağasi iştirakçılara son illərdə Azərbaycanın dövlət xidmətlərindəki nailiyyətləri barədə ətraflı məlumat verib. O, “ASAN xidmət”in əlçatanlıq, hesabatlılıq, effektivlik, şəffaflıq və innovasiya kimi prinsiplərə əsaslanaraq fəaliyyət göstərdiyini vurğulayıb. Təqdimat zamanı “ASAN xidmət”in vətəndaş rəylərinin öyrənilməsi, mütəmadi sorğuların keçirilməsi üçün bir çox kommunikasiya vasitələrindən geniş istifadə etdiyi bildirilib.

Xarici dövlətlərə işləyən azərbaycanlı CASUS TUTULDU - DTX-dən ƏMƏLİYYAT

4 Noyabr 2017 16:39

Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Sultanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

Erməni ordusuna AĞIR ZƏRBƏ: 12 ölü...

4 Noyabr 2017 16:36

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib. İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Qurban Qurbanovdan İSTEFA QƏRARI

4 Noyabr 2017 16:34

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib. Bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.