Gündəm
Kamran Ağayev meydandan qovuldu
Çexiya çempionatında XIII turun oyunları keçirilir. Kamran Ağayevin çıxış etdyii "Mlada Boleslav" "Banik"in qonağı olub. 14-cü dəqiqədə hesabı açan "Mlada Boleslav" qələbə qazanıb - 1:0. Start heyətində yer alan Kamran Ağayev 73-75-ci dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulub.
Kreml Putin-Tramp görüşünün mümkün mövzularını açıqlayıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində planlaşdırılan görüşündə müzakirə ediləcək mövzuları açıqlayıb. D.Peskov müzakirə ediləcək bir çox mövzuların olduğunu bildirib. Hazırda razılaşdırılan əsas mövzulardan biri Suriyadakı böhranın nizamlanmasıdır. Onun sözlərinə görə, son vaxtlar bu sahədə xeyli müsbət dəyişikliklər baş verib. D.Peskov prezidentlərin Şimali Koreya problemini müzakirə edəcəyini istisna etməyib. Rusiya prezidentinin mətbuat katibi bununla belə Şimali Koreya məsələsində Rusiya və ABŞ-ın əməkdaşlıq etmədiyini qeyd edib: “Yalnız hərdənbir fikir mübadiləsi aparılır”.
Tonqoda yenidən güclü zəlzələ olub
Sakit okeanda Tonqa dövlətinin sahillərində 5,6 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji xidməti məlumat yayıb. Verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:24-də qeydə alınıb. Zəlzələnin episentri Xisifo yaşayış məntəqəsindən 95 kilometr şimal-şərqə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Hər birinizin Feysbuk, Tvitter, Gmeyl və ya Əpl hesablarınız var. Bəs siz öldükdən sonra bu hesablara nə olacaq?
Ərbildən Bağdada 7 maddəlik təklif göndərildi
Ərbil ilə Bağdad arasındakı problemlərin həlli üçün 7 maddəlik təklif təqdim olunub. Peşmərgə nümayəndəsi Cabbar Yavər məsələ ilə bağlı bunları qeyd edib: "Noyabrda Mosulda İraq nümayəndə heyəti ilə görüşdük. Bağdad ilə Ərbildən olan hərbi heyətlər 7 maddəlik layihə hazırlayıb. İki tərəf də 7 maddəlik layihə üzərində ətraflı şəkildə görüşüb. Layihə öncə Kürdüstan bölgəsindəki siyasətçilərə təqdim olundu. Sonra da İraq hökumətinə göndərilib. Bağdaddan verilən təkliflərə cavab verməsini gözləyirik".
ABŞ-dan vətəndaşlarına çağırış: Bu ölkəni tərk edin!
ABŞ-ın diplomatik missiyası Somalinin paytaxtı Moqadişuda artan təhdidlərlə bağlı vətəndaşlarına çağırış edib. Məlumatda Moqadişudakı hava limanında amerikalılara qarşı təhdidlərin artdığı bildirilib. Təhlükəsizliklə bağlı amerikalıların Somalini tərk etmələri tövsiyə edilib.
ABŞ-da atışma: ölən və yaralananlar var
ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində atışma olub. Naməlum şəxslər dayanmış avtobusu sərnişinlər yerə düşərkən atəşə tutublar. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Aktiv “Feysbuk” istifadəçilərinin sayı 1,37 milyarda çatdı
“Facebook” sosial şəbəkəsinin istifadəçi sayı və əsas maliyyə göstəriciləri artmaqda davam edir. Bu barədə məlumat şirkətin cari ilin üçüncü rübü üçün maliyyə hesabatında yer alır. Belə ki, il ərzində aktiv “Facebook” istifadəçilərinin aylıq auditoriyasının sayında 16 faiz artım qeydə alınıb. Hazırda dünya üzrə 2,07 milyarda yaxın insan bu sosial şəbəkədən istifadə edir. Aktiv istifadəçilərin sayı da 16 faiz artaraq 1,37 milyarda çatıb.
8 rayonda fahişəliyə qarşı XÜSUSİ ƏMƏLİYYAT
Adana polisi 8 rayonda fahişəliyə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 240 qadını təqib edən polis “Hoca” ləqəbli dəstə rəhbəri də daxil olmaqla, 4 qadın və 13 kişini həbs edib. Saxlanılanlar fahişəliyə vasitəçilikdə ittiham olunur.
Almaniyadan Türkiyəyə jest: PKK-çılar saxlanıldı
Almaniyada mitinq keçirən PKK havadarlarına polis müdaxilə edib. PKK-çılara qarşı polis bibər qazı və TOMA ilə əngəl olub. Abdullah Öcalan üçün azadlıq istəyən bir çox PKK-çı polis tərəfindən saxlanılıb. Məsələ ilə bağlı açıqlama verən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ikitərəfli münasibətlərə və ağır mövzularla bağlı Almaniyanın bu addımını dəyərləndirdiklərini bildirib.
Azərbaycanda cırtdanboyluların sayı artır - Müalicəsi də bahalıdır
Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatda olanlardan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər. Bu barədə Respublika Endokrinoloji Mərkəzindən verilib. 2017-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycanda 300 nəfərə yaxın cırtdanboylu insan var. Cırtdanboyluluqla bağlı respublika üzrə 147 kişi və 124 qadın qeydiyyatdadır. Bu kateqoriyaya daxil olan kişilərdə boyun uzunluğu maksimum 130, qadınlarda isə 120 sm olur. Ümumilikdə isə respublikada cırtdanboyluluq üzrə rəqəmin qeydiyyatda olanlardan 2 dəfə çox olduğu güman edilir.
Vyetnamda tufan 10-dan çox insanın həyatına son qoydu
Vyetnamın mərkəzi vilayətində tüğyan edən tufan 11 nəfərin həyatına son qoyub. Bu barədə "Sinxua" agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb. "Associated Press" isə azı 15 nəfərin "Damri" tufanının qurbanı olduğunu bildirib.
Hərbçilərin avtomobili qəzaya uğradı
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb. Hadisə Hakkari şəhərinin Şəmdinli rayonunda baş verib. Hadisə zamanı avtomobildə olan üç hərbçi yaralanıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralıların müalicəsi davam edir.
Livanın baş nazirinin istefa səbəbləri
Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb. Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb. Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: “Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır”.
Vatsapın çöküşünə görə araşdırma başlayıb
Vatsapın 3 ayda iki dəfə çökməsinə görə feysbuk instintaq başlanılması barədə qərar verib. Vatsapda yaşanan bu problemə Feysbukdan hər hansı cavab verilməyib. Şirkət aparılacaq araşdırmanın nəticəsində ictimaiyyətə məlumat veriləcəyini bəyan edib. Xatırladaq ki, ötən gün Vatsap istifadəçiləri yarım saat mesaj göndərə bilməyib, bəzi ölkələrdə problem 2 saata qədər uzanıb.














