Livanın baş nazirinin istefa səbəbləri

Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb. Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb. Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: “Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır”.

Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb. Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: "Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır".

Qeyd edək ki, Saad Həririnin atası Rafik Həriri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31