Gündəm
Ər-Riyada raket atıldı
Yəmən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada balistik raket atıb. Raketin hədəfi Xalid hava limanı olub. Lakin raket hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub və hava limanının yaxınlığında boş sahəyə düşüb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Həyat yoldaşı ilə dava etdi - Səhvən atasını öldürdü
Eskişəhərdə arvadını bıçaqlamaq istəyən kişi onları ayırmağa çalışan atasını öldürüb. Orucbəy məhəlləsində 30 yaşlı Əmrah Ö ilə həyat yoldaşı Məryəm Ö (19) arasında mübahisə düşüb. Mübahisənin böyüməsini görən Əmrah Ö-nün atası Fəxri Ö (53) onları ayırmağa çalışıb.
Suriyada terror nəticəsində ölənlərin sayı 100-ü ötüb
Suriyanın Deyr əz-Zor şəhərində törədilimş terror aktı nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Bu barədə "Behind The News" nəşri məlumat yayıb.
Tramp İranı ittiham etdi
BŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib. Bu barədə RİA “Novosti” məlumat yayıb. “Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub”, — deyə Tramp əlavə edib.
Martin Lüter haqda sensasion suçlama – FTB arxivi
ABŞ hökuməti məşhur hüquq müdafiəçisi, Nobel sülh mükafatının sahibi Martin Lüter Kinqi kommunistlərlə əlaqə qurmaqda şübhəli bilib. Bu barədə informasiya ABŞ Federal Təhqiqatlar Bürosunun üzərindən məxfilik qrifi götürülmüş yeni sənədlərində yer alıb. Yeni yayımlanan sənəd 12 mart 1968-ci ilə aid olub. Sənəddə vurğulanıb ki, Kinqin ətrafında olan şəxslərdən ikisi əvvəllər Amerika Kommunist Partiyasının üzvləri olub. Üstəlik, daha 8 nəfər isə kommunist hərəkatları ilə əlaqəyə giriblər. FTB-nin iddiasına görə, məhz Kinqin rəhbərlik etdiyi hərəkat əslində kommunistlərin hədəflərinə tam uyğundur.
Əməkdar artist: "Əsl Təhminə mən idim, Maral deyildi"
Onunla dəfələrlə telefon vasitəsilə söhbət edib adının hallandığı qalmaqallı məsələlərə aydınlıq gətirmişik, yaradıcılığı ilə bağlı xəbərləri paylaşmışıq. Bu dəfə “Danışan fotolar” layihəsində söhbətləşmək, arxiv fotolarına baş çəkmək istədik. İstəyimiz baş tutdu. “Sovetski” adlanan ərazidə iki otaqlı balaca evinin qapılarını üzümüzə açdı. Həmin gün özünün və üzünün yorğunluğunu nəzərə alaraq onu evində yox, səhəri gün təbiət qoynunda lentə aldıq.
Vyetnamda tayfun qurbanlarının sayı 27-ə çatdı
Vyetnamda güclü tayfun nəticəsində ölənlərin sayı 27-ə çatıb. Daha öncə 15 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, daha 22 nəfər itkin düşüb, onlardan 17 nəfər yük gəmilərinin ekipaj üzvləridir.
ABŞ və Kanada qış vaxtına keçib
Bu gün yerli vaxtla saat 02.00-da ABŞ və Kanadada yay vaxtından qış vaxtına keçid olub. Məlumata görə, qış vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat geri çəkilib. Bununla da Bakı ilə Vaşinqton və Nyu-York şəhərlərinin də yerləşdiyi ABŞ-ın şərq sahillərindəki ştatlar və Ottava arasında saat fərqli 9 saat təşkil edəcək.
Nazirlər, yüksək rütbəli şəxslər həbs olundu
Səudiyyə Ərəbistanında Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulması barədə sanksiya verib. Xarici mətbuatın yaydığı digər məlumatlara görə, son həbslər nəticəsində hökumətdə və silahlı qüvvələrdə böyük dəyişikliklər baş verib. Belə ki, əvvəlki nazirləri vəzifəsindən azad edən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səud onları yeniləri ilə ilə əvəz edib. Həmçinin silahlı qüvvələrdə də yüksək rütbəli zabitlərlə bağlı istefalar və yeni təyinatlar gerçəkləşib.
Tramp Yaponiyada
Fizulidə tank əleyhinə mina tapılıb
Füzulidə partlamamış hərbi sursat tapılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 04 Noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumatlar daxil olub.
Duman əleyhinə yol lazer sistemi icad edildi
İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar. 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.
1.1 mlrd. dollarlıq səhm satıldı
“Amazon” internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb. Milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.
ABŞ hərbçisi öldürüldü
Bakıda qız atasını BALTALADI
Bakıda qız atasını baltalayıb. İnsident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.














