Həyat yoldaşı ilə dava etdi - Səhvən atasını öldürdü

Eskişəhərdə arvadını bıçaqlamaq istəyən kişi onları ayırmağa çalışan atasını öldürüb. Orucbəy məhəlləsində 30 yaşlı Əmrah Ö ilə həyat yoldaşı Məryəm Ö (19) arasında mübahisə düşüb. Mübahisənin böyüməsini görən Əmrah Ö-nün atası Fəxri Ö (53) onları ayırmağa çalışıb.

Eskişəhərdə arvadını bıçaqlamaq istəyən kişi onları ayırmağa çalışan atasını öldürüb. Orucbəy məhəlləsində 30 yaşlı Əmrah Ö ilə həyat yoldaşı Məryəm Ö (19) arasında mübahisə düşüb. Mübahisənin böyüməsini görən Əmrah Ö-nün atası Fəxri Ö (53) onları ayırmağa çalışıb. Bundan sonra əlindəki bıçağı atasının ürəyinə sancan Emrah Ö hadisə yerini tərk edib. Yaralı olaraq Eskişəhər Dövlət Xəstəxanasına aparılan Fəxri Ö bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Polis qaçan şəxsin yaxalanması üçün axtarışları davam etdirir. Aznews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31