Kreml Putin-Tramp görüşünün mümkün mövzularını açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində planlaşdırılan görüşündə müzakirə ediləcək mövzuları açıqlayıb.    D.Peskov  müzakirə ediləcək bir çox mövzuların olduğunu bildirib. Hazırda razılaşdırılan əsas mövzulardan biri Suriyadakı böhranın nizamlanmasıdır. Onun sözlərinə görə, son vaxtlar bu sahədə xeyli müsbət dəyişikliklər baş verib. D.Peskov prezidentlərin  Şimali Koreya problemini müzakirə edəcəyini istisna etməyib. Rusiya prezidentinin mətbuat katibi bununla belə Şimali Koreya məsələsində Rusiya və ABŞ-ın   əməkdaşlıq etmədiyini qeyd edib: “Yalnız hərdənbir fikir mübadiləsi aparılır”.  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində planlaşdırılan görüşündə müzakirə ediləcək mövzuları açıqlayıb.    D.Peskov  müzakirə ediləcək bir çox mövzuların olduğunu bildirib. Hazırda razılaşdırılan əsas mövzulardan biri Suriyadakı böhranın nizamlanmasıdır. Onun sözlərinə görə, son vaxtlar bu sahədə xeyli müsbət dəyişikliklər baş verib. D.Peskov prezidentlərin  Şimali Koreya problemini müzakirə edəcəyini istisna etməyib. Rusiya prezidentinin mətbuat katibi bununla belə Şimali Koreya məsələsində Rusiya və ABŞ-ın   əməkdaşlıq etmədiyini qeyd edib: "Yalnız hərdənbir fikir mübadiləsi aparılır".  

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin 6-11 noyabr tarixlərində Vyetnamda keçiriləcəyi gözlənilir.  Apa.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31