Diplomat tələbələrə mühazirə oxudu
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə demək üçün universitetə gələn Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim ilə görüşüb. Səfirə tələbələrlə görüşə razılıq verdiyi üçün təşəkkür edən K.Abdulla ümid etdiyini bildirib ki, onlar bu mühazirədən faydalanacaqlar.
4 Noyabr 2017 13:20 SosialAzərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla "Səfir saatı" layihəsi çərçivəsində mühazirə demək üçün universitetə gələn Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim ilə görüşüb. Səfirə tələbələrlə görüşə razılıq verdiyi üçün təşəkkür edən K.Abdulla ümid etdiyini bildirib ki, onlar bu mühazirədən faydalanacaqlar.
Azərbaycanda multikulturalizm barədə ətraflı söz açan rektor multikulturalizmin dövlət siyasəti olduğunu vurğulayıb. O, bildirib ki, bu gün dünyanın 17 universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur.
Öz növbəsində səfir səmimi qəbula görə təşəkkür edib. O, qeyd edib ki, Azərbaycanla Fələstin arasındakı əlaqələr tarixi əlaqələrdir və bizi tarix və mədəniyyət birləşdirir. N.Ə.Kərim iki ölkə arasında diplomatik əlaqələrin 25 il əvvəl qurulduğunu xatırladaraq Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri olmasından qürur duyduğunu vurğulayıb.
Görüşün sonunda səfirə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı hədiyyə olunub.
Sonra səfir ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün "Səfir saatı" layihəsi çərçivəsində "Fələstinə baxış" adlı təqdimatla çıxış edib.