İlk qadın opera müğənnisi Şövkət Məmmədovanın 120 illyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, muzeyin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının professoru, musiqişünas-alim, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Şövkət Məmmədovanın yaradıcılıq yolu, xidmətləri haqqında çıxış ediblər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sənədli videokadrlar ilə müşayiət olunub.
4 Noyabr 2017 14:18 MədəniyyətAzərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.az bildirir ki, muzeyin şöbə müdiri Xanım Abdinova, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Şövkət Məmmədovanın yaradıcılıq yolu, xidmətləri haqqında çıxış ediblər. Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sənədli videokadrlar ilə müşayiət olunub.
Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet teatrınin solistləri: Xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Səbinə Vahabzadənin, solistlər Tural Ağasıyev və Taleh Yahyayevin ifalarında Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə davam edib.