"Bayrağımız qürurumuzdur!" - Rəsm aksiyası

Noyabrın 8 - də Mədəniyyət və Turizm Nazirliyinin, Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Rayonu Heydər Əliyev Parkında “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması, insanlarda, xüsusən gənc nəslin nümayəndələri, eləcə də yaradıcı ziyalılar arasında üçrəngli Azərbaycan bayrağına sədaqət kimi milli vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə həyata keçirilir.

Noyabrın 8 - də Mədəniyyət və Turizm Nazirliyinin, Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xətai Rayonu Heydər Əliyev Parkında "Bayrağımız qürurumuzdur!" adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcək.

Olaylar.az bildirir ki, tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması, insanlarda, xüsusən gənc nəslin nümayəndələri, eləcə də yaradıcı ziyalılar arasında üçrəngli Azərbaycan bayrağına sədaqət kimi milli vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2-ci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31