Auqsburq Universitetinin doktorantı Qurban Səid yaradıcılığını tədqiq edir
Azərbaycan Dillər Universitetində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetinin doktorantı Kristin Bossauer-Qrossun iştirakı ilə dəyirmi masa keçirilib. K.B.Qrossu tədbir iştirakçılarına təqdim edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova qonağın ADU-da olmasının əsas səbəbinin Qurban Səid yaradıcılığını daha dərindən tədqiq etmək və onun ədəbi irsinin incəliklərini öyrənməkdən ibarət olduğunu söyləyib.
4 Noyabr 2017 12:18 MədəniyyətAzərbaycan Dillər Universitetində Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetinin doktorantı Kristin Bossauer-Qrossun iştirakı ilə dəyirmi masa keçirilib. K.B.Qrossu tədbir iştirakçılarına təqdim edən Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova qonağın ADU-da olmasının əsas səbəbinin Qurban Səid yaradıcılığını daha dərindən tədqiq etmək və onun ədəbi irsinin incəliklərini öyrənməkdən ibarət olduğunu söyləyib.
Daha sonra söz alan K.B.Qross bundan əvvəl "Qurban Səidin ədəbi əsərləri Qərblə Şərqin toqquşmasında transkultural ədəbiyyat kimi" adlı namizədlik dissertasiyası müdafiə etdiyini bildirib. O, hal-hazırda "Qurban Səid yaradıcılığı" adlı doktorluq araşdırması üzərində çalışdığını deyib.
Tədbir ADU və Auqsburq Universitetinin təhsil sistemi, hər iki universitetdə fəaliyyət göstərən kafedraların iş fəaliyyəti, eyni zamanda dərs metodikası ilə bağlı fikir və təkliflərin mübadiləsi ilə başa çatıb.