Aprel şəhidlərinin xatirəsi yad edildi
Azərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi əsasında “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib. Tədbirin məqsədinin Aprel döyüşlərində şəhid olanların adlarının təbliği və əbədiləşdirilməsi olduğunu söyləyən S.Hüseynov hər bir vətəndaşın həyatını qəhrəman kimi yaşamasının, xalqına və dövlətinə sadiq vətəndaş kimi xidmət etməsinin zəruriliyini vurğulayıb.
3 Noyabr 2017 19:25 İqtisadiyyatAzərbaycan Dillər Universitetində Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə "Gənc İstedadların İnkişafina Dəstək" İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi əsasında "Aprel şəhidləri tariximizin şanlı səhifəsidir" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib. Tədbirin məqsədinin Aprel döyüşlərində şəhid olanların adlarının təbliği və əbədiləşdirilməsi olduğunu söyləyən S.Hüseynov hər bir vətəndaşın həyatını qəhrəman kimi yaşamasının, xalqına və dövlətinə sadiq vətəndaş kimi xidmət etməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov Aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinin yad edilməsi münasibətilə keçirilən tədbirin təqdirəlayiq olduğunu deyib.
Tədbirdə Aprel döyüşlərində şəhid olan Mahir Mirzəyevin atası Sabir Mirzəyev oğlu ilə bağlı xatirələrini bölüşüb, onun daima öz istəklərinə nail olmaq üçün əlindən gələni etdiyini bildirib. Sonda Azərbaycanın adını yüksəkdə tutan qəhrəmanlarımız haqqında videoçarx nümayiş olunub.