Çinin məşhur bayramı - “Chuanyan”  

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb.

Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Chuanyan" - "Əkiz doqquzlar" ənənəvi Çin bayramına həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı "yan" haqqında danışıb.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bayramın adət-ənənələri və əfsanələri, bayramın kulinariya simvolu olan beş qatlı tort - "chunyang gao"nun hazırlanması, qədim mərasimlərin müasir dövrdə inkişafı haqqında məlumat verib.

Daha sonra Çin fleytasında Orta əsrlər dövrünün məşhur şairi Tau Yuanminin bayramın simvollarından sayılan çiçəklənən xrizantemaları tərənnüm edən ənənəvi melodiyaları-hulusilər səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31