Molla Pənah Vaqifin 300 illik yubiley tədbiri

Mədəniyyət və İncəsənət Universiteti və 23 saylı məktəbin birgə təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı gecə keçirilib. Olaylar.az bildirir ki, tədbir 23 saylı məktəbin müəllim və şagirdlərinin ifasında Vaqifin şeirlərinin Azərbaycan və rus dillərində səsləndirilməsi ilə başlayıb. Konsertdə Qəmbər Hüseynli, Cahangir Cahangirov, Pikə Axundova, Elza Seyidcahanın Vaqifin sözlərinə yazdığı mahnı və romanslar, şairin sözlərinə muğam və təsniflər, habelə aşıq havaları ifa edilib.

Tədbirdə ADMİU-nun tələbələrindən  Əflatun Pirizadə, Günay Mehdiyeva, Elçin Rzayev, Rəvan Qaçayev və Nəzakət Veysəlova Ruslan Zərbəliyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə çıxış edib. Musiqi nömrələri şagirdlərin ifasında Vaqifin ən məşhur şeirlərinin deklomasiyası ilə növbələşib.

Tədbirin sonunda 23 saylı məktəbin direktoru Yuliya Kərimova şagirdlərə M.P.Vaqifin  Azərbaycan ədəbiyyatındakı rolu, bu səpkili tədbirlərin vacibliyi haqda söz açaraq, ADMİU-nun rəhbərliyi və tələbələrinə öz təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31