Əməkdar artist konsert verəcək konserti
Noyabrın 3 – də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Avropada yaşayan dünyaşöhrətli pianoçu, professor, əməkdar artist, adına Pianoçuların Beynəlxalq Müsabiqəsi olan Adilə Əliyevanın konserti olub. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
3 Noyabr 2017 16:17 MədəniyyətNoyabrın 3 - də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Avropada yaşayan dünyaşöhrətli pianoçu, professor, əməkdar artist, adına Pianoçuların Beynəlxalq Müsabiqəsi olan Adilə Əliyevanın konserti olub.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Muzeyin şöbə müdiri Xanım Abdinova Adilə Əliyevanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə Adilə Əliyevanın F.Şopen və F.Listin əsərlərini ifa edərək, dünyanın müxtəlif konsert salonlarında konsertlərinin videokadrları nümayiş olunub.