Politoloq: “Rusiyanın maraqlarını təmin etmək üçün yaxşı bir fürsət oldu”
“Beynəlxalq nəqliyyat dəhlizi layihəsinə əsasən tikilən Astara-Rəşt-Qəzvin (Şimal–Cənub) dəmir yolu xətti Rusiya və Azərbaycan yüklərinin İran, Hindistan və Omana qədər daşınmasına şərait yaradacaq. Rusiyanın Avropa hissəsinin Qara dəniz vasitəsilə ilə bütün dünyaya çıxışının olması zəmanəti olmasından fərqli olaraq Azərbaycan bu imkanlara mailk deyil. Şimal–Cənub dəmir yolu xətti bizə bütün qitələrə çıxışımızı təmin edəcək. Bu marşrut vasitəsilə il ərzində 20 milyon tona qədər yük daşımaq mümkün olacaq”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
3 Noyabr 2017 15:34 Siyasət"Beynəlxalq nəqliyyat dəhlizi layihəsinə əsasən tikilən Astara-Rəşt-Qəzvin (Şimal-Cənub) dəmir yolu xətti Rusiya və Azərbaycan yüklərinin İran, Hindistan və Omana qədər daşınmasına şərait yaradacaq. Rusiyanın Avropa hissəsinin Qara dəniz vasitəsilə ilə bütün dünyaya çıxışının olması zəmanəti olmasından fərqli olaraq Azərbaycan bu imkanlara mailk deyil. Şimal-Cənub dəmir yolu xətti bizə bütün qitələrə çıxışımızı təmin edəcək. Bu marşrut vasitəsilə il ərzində 20 milyon tona qədər yük daşımaq mümkün olacaq". Bunu politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, İran və Rusiyanın arasında yerləşən Azərbaycan həm də tranzit ölkə olaraq dividentlər əldə edəcək: "Bu layihənin həyata vəsiqə qazanmasının ən önəmli tərəfi isə işğalçı Ermənistanın bu dəfə də oyundan kənar qalmasıdır. Oktyabrın 30-da açılışı gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu Rusiyadan yan ötməklə dünyaya çıxışımızı təmin etməsi böyük qonşumuzun xoşuna gəlməsə də biz bu addımı atdıq. Eyni zamanda Astara-Rəşt-Qəzvin dəmir yolunun çəkilməsindən narazı qalan Rusiyanın maraqlarını təmin etmək üçün yaxşı bir fürsət oldu. Eyni zamanda bu yolun çəkilməsi həm də Azərbaycanın maraqlarına tam uyğundur. Bu yolun çəkilişindən öncə İran və Rusiya magistralının Ermənistan ərazisindən çəkilməsini planlaşdırsalar da uğurlu xarici siyasətimiz nəticəsində bunun reallaşmasının qarşısını ala bildik. Hətta bir ərəfədə Rusiya özünün ruspərəst təmsilçisi İvanaşvilinin xətti ilə yolun Rusiya-Osetiya-Gürcüstan-Ermənistan ərazisindən keçərək İrana qovuşmasını təmin etməyə çalışırdı. Bu məsələdə Gürcüstan hakimiyyətinə böyük təzyiqlər olmasına baxmayaraq Qərb dövlətlərinin zəmanətini alan Gürcüstan bu layihənin gerçəkləşməsinə razılıq vermədi. Hazırki şəraitdə Ermənistanın bu layihələrə qoşulmasının yeganə yolu isə işğal olunmuş topaqlarımızın qeyd və şərtsiz azad olunmasından keçir".