Regional layihələr Ermənistandan yan keçir
Son bir neçə gün ərzində Azərbaycan, o cümlədən region üçün bir neçə əlamətdar hadisə baş verib. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib, 31-də i Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası baş tutub. Noyabrın 1-də isə Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Yerli və benəlxalq siyasətçilər baş verənlərin ölkəmiz, region, eləcə də dünya üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
3 Noyabr 2017 15:19 SiyasətAsim Mollazadı: "Bu ölkə yalnız qarşıdurmalar üçün istifadə olunur"
Son bir neçə gün ərzində Azərbaycan, o cümlədən region üçün bir neçə əlamətdar hadisə baş verib. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib, 31-də i Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası baş tutub. Noyabrın 1-də isə Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Yerli və benəlxalq siyasətçilər baş verənlərin ölkəmiz, region, eləcə də dünya üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər.
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr əslində bölgədə ticarətin, iqtisadi münasibətlərin, mədəni əlaqələrin artmasına xidmət edəcək. Belə olan halda, bölgədə stabillik möhkəmlənər, qarşıdurmalar səngiyər. Son günlər ərzində Azərbaycan Prezidentinin region dövlətlərinin rəhbərləri ilə görüşdüyünü və bir sıra sənədlərin imzalandığını xatırladan deputat söyləyib ki, bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bir neçə gün bundan öncə Bakı-Tbilisi Qars dəmiryolunun açılmasını tarixi hadisə adlandıran A. Mollazadə söyləyib ki, bu, iki qitənin birləşməsində mühüm əhəmiyyət kəsb edir: "BTQ dəmiryolunun açılması eyni zamanda türk dövlətlərini birləşdirən və bu dövlətlərlə əməkdaşlığı möhkəmləndirən bir sistemdir ki Azərbaycan bu sahədə də öz tarixi missiyasını həyata keçirir".

Azərbaycan Prezidentinin Tehrana səfəri ilə bağlı fikirlərini bildirən komitə üzvü söyləyib ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır: "Əslində Azərbaycan hər zaman qonşularla müsbət siyasət həyata keçirməyə çalışır. Ölkəmiz qonşu dövlətlərlə siyasi-iqtisadi, mədəni, ticari əməkdaşlığa malikdir. Bu, bir növ təhlükəli məqamların zərərsizləşdirilməsinə yönələn siyasətdir. Təbii ki, ölkələr arasında müəyyən fikir ayrılıqları ola bilər, lakin sıx əməkdaşlıqla, ticarətlə hər zaman qarşıdurmaları səngitmək mümkündür. Deputat vurğulayıb ki, mühüm layihələr həyata keçirən, gündən-günə regionda güclənən Azərbaycanla müqayisədə isə Ermənistan bu layihələrdən kənarda qalmaqla acınacaqlı iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq: "Ermənistan yalnız hərbi-baza funksiyasını yerinə yetirməkdən başqa heç nəyə lazım deyil. Öz müstəqilliyini itirmiş Ermənistanın məqsədi stabilliyi pozmaqdan ibarətdir. Hazırda düşmən ölkədən yalnız qarşıdurmalar üçün istifadə olunur".
Rusiya Elmlər Akademiyası yanında Y. Primakov adına Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Ölkələri Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Krılov bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də böyükdür. Azərbaycan üçün bu layihənin əhəmiyyəti çox böyükdür. Belə ki, Azərbaycan bu layihə ilə Rusiya və İran kimi regionun, hətta dünya səviyyəsində nəhəng dövlətlərdən birinə çevrilmiş olur. Tehranda keçirilən Rusiya-Azərbaycan-İran prezidentlərinin üçtərəfli görüşünü şərh edən rusiyalı siyasi ekspert Şimal-Cənub dəhlizinin üçtərəfli görüşdə əsas müzakirə mövzusu olduğunu söyləyib: "Bu layihənin region ölkələri üçün böyük əhəmiyyəti var. Bu, xüsusilə İran üçün vacibdir. Trampın İranla nüvə sazişinə yenidən baxacağı ilə bağlı bəyanatından sonra rəsmi Tehran Qərbə göstərmək istəyir ki, onun önü açılıb. Azərbaycan və Rusiya tranzit yolu İran üçün böyük imkanlar açır.
Millət vəkili Eldar İbrahimov isə bildirib ki, Bakı -Tbilisi-Qars dəmiryolu xəttinin möhtəşəm və təntənəli rəsmi açılış mərasimi müasir tariximizə qızıl hərflərlə həkk olundu. Üstündən bir müddət ötsə də, hələ də həmin tarixi anların xoş təsiri altındayıq. Hesab edirəm ki, bu hadisə tarxi hadisə, bu möhtəşəm layihə isə tarixi-beynəlxalq əhəmiyyətli layihə kimi qiymətləndirilçəlidir. Kimsə də bunun əksini iddia edə bilməz. Bu layihə istər iqtisadi, istərsə də siyasi-təhlikəsizlik baxımından həm Azərbaycanımıza, həm yerləşdiyimiz regiona, həm də bütövlükdə dünyamıza öz töhfələrini verəcək. Bu layihə, onun reallaşdırılması və icrası nəinki Azərbaycanın, həmçinin bölgənin və bu prosesə maraq göstərən, bu layihəyə qoşulmaq niyyətində olan dünya ölkələrinin inkişafında, sabitliyin təmin ediliməsi və təhlükəsizliyin davamlılığında mühüm rol oynayacaq". Onun sözlərinə görə, az qala 30 ilə yaxındır davam Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətindədir. On illərdir Naxçıvan bölgəsi və naxçıvanlılar işğalçı və təzavüzkar Ermənistanın blokadasındasdır. Bu da Naxçıvan bölgəsi və Naxçıxan əhalisi üçün çətindən də çətin problem yaradır: "Bu baxımdan, Bakı-Tblisi-Qars dəmiryolu xətti Naxçıvan bölgəsinin də blokadadan qurtulmasında mühüm rol oynaya bilər. Yəni, "Bakı-Tbilisi-Qars"ın Naxçıvana qədər uzadılması baş verə bilər ki, bu da Naxçıvan bölgəsinin və əhalisinin on illərdən sonra blokadadan qurtulmasına gətirib çıxarar. "Bakı-Tbilisi-Qars"ın Naxçıvana qədər uzadılması, birləşdirilməsi də sadəcə, xəyal, ehtimal və ya gəlişigözəl sözlər, quru ideya deyil, o, gələcəkdə reallaşacaq bir həqiqət, bir məsələdir. Həmin gün və həmin an da uzqda deyil. Bunu da əslən naxçıvanlı olan bir şəxs və on illərdir bu bölgəni ölkə parlamentində təmsil edən bir millət vəkili kimi tam inamla və qətiyyətlə söyləyirəm. Hamımız çox yaxın illərdə həmin anı görəcək və birgə yaşayacağıq".
Zəka