Musa Yaqub  oxucuların suallarını cavablandırdı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şair Musa Yaqubla görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Baş İdarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.

İlk öncə filialın direktoru Gülşən Abbasova qonaqlara şair haqqında geniş məlumat verib. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayan şairin  "Taleyin qisməti", "Sağlıqlar", "Yarpaqların payız söhbəti", "Atam, anam", "Tənhalıq" və digər şerləri xalq tərəfindən çox sevilir.

Musa Yaqub oxucuların suallarını cavablandırıb, öz şeirlərini ifa edib. Musa Yaqub kitabxananın "Xatirə" kitabına öz ürək sözlərini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31