Gündəm
Dünya şöhrətli müğənninin BOŞANMA SƏNƏDLƏRİ ÜZƏ ÇIXDI
Cənubi və Şimali Koreya arasında qalmaqal – Ordu hazır vəziyyətdə
Şimali Koreya ordusu Cənubi Koreyaya sığınan əsgərini silahla yaralayıb. Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, iki ölkə arasındakı neytral zonadan qarşı tərəfə keçən əsgər vurulduqdan sonra Cənubi Koreyada xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib. Məlumata görə, Cənubi Koreya ordusu əsgərin vurulmasından sonra, Şimali Koreya tərəfindən gələcək təhlükənin qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.
Nalbandyan fransalı senatora Dağlıq Qarabağ m ünaqişəsindən danışıb
Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan fransalı senator Kristofer Andre Frassa ilə görüşüb. Məlumata görə, Nalbandyan senatoru Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlandırıb.
Fikrət Qoca nəvəsinə əsəbləşdi: "Qələt edir, dədəsini öldürənləri bağışlayır"
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hindistanda bərə çevrildi: 19 ölü
Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb. Krişna çayında 38 sərnişini, 3 nəfərlik ekipajı olan bərə çevrilib. Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub, 4 nəfər itkin düşüb.
Onlar zorakılığa məruz qalırlar - Çıxış yolu nədir?
“Azərbaycan qanunvericiliyində məişət zorakılığından əziyyət çəkənlər üçün dövlət və qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyət göstərməsi ilə bağlı məsələlər qeyd edilib. Lakin bu gün Azərbaycanda məişət zorakılığı qurbanları üçün dövlət yardım mərkəzləri mövcud deyil”
Fransız dilini öyrənmək istəyənlər üçün xüsusi imkan
Noyabrın 13-də Azərbaycan Dillər Universitetində SABAH qruplarında fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib. Olaylar.az bildirir ki, Fransa səfirliyinin nəzdində fəaliyyət göstərən Fransa Mədəniyyət Mərkəzinin nümayəndəsi Leyla Əliyeva təmsil etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, mərkəzin səfirliklə birgə SABAH tələbələri üçün xüsusi dil kursları təklif etdiyini bildirib. Kurslar Azərbaycan Fransız İnstitutunda keçiriləcək və bir sessiya adətən 3 ay davam edəcək. Mərkəzdə həmçinin böyük kitabxana fəaliyyət göstərir, beynəlxalq imtahanlar vermək üçün imkanlar mövcuddur.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar Baş Prokurorluğa yönləndirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Olaylar.az bildirir ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı daxil olan məlumatlar təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tikinti obyektlərində səyyar monitorinq həyata keçirir.
Azərbaycan iqtisadiyyatı Küveyt mətbuatında
Küveytdə həftəlik ingilis dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “The Times Kuwait” qəzetinin 12-18 noyabr tarixli buraxılışında “Azərbaycan son iqtisadi islahatlardan nəticələr əldə edir” sərlövhəli məqalə dərc edilib.
MTN generalı Elçin Quliyevə ağır cəza tələbi - 15 İL HƏBS, RÜTBƏLƏRİ, VAR-DÖVLƏTİ ALINSIN
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
DƏMX gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə və obyektiv şəkildə araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi, o cümlədən əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması üçün aidiyyəti işlər görülür.
Əmək pensiyası ilə təmin olunanların 8575-i gözdən əlildir
Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının dolğun təminatına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlər gözdən əlilləri də əhatə edir.
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsində
Nəsimi rayonun IX-XI sinif şagirdləri və onların müəllimləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsinə səfər ediblər. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tur-aksiya iştirakçıları səyahətlərinə Lənkəran rayonundan başlayıblar. Məktəblilər Lənkəran, Astara və Masallının tarixi abidələri, sosial-iqtisadi həyatı və səfalı məkanları ilə tanış olublar.Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Nazir müavini deputatların suallarını cavablandırdı
Milli Məclisin Hüquq siyasəti, dövlət quruculuğu, İnsan haqqları, Mədəniyyət, Regional məsələlər, Gənclər və mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2018-ci il büdcə zərfi müzakirə olunub.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılıblar
Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Parisə yola düşüblər.














