Gündəm

Gənclərə “seks tələsi” quranlara ağır cəza verildi - Qızlar buraxıldı

13 Noyabr 2017 15:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvləri - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevaya hökm oxunub.

Telman İsmayılov beynəlxalq axtarışa verildi

13 Noyabr 2017 15:46

İki nəfərin qətlində ittiham olunan azərbaycanlı iş adamı Telman İsmayılov beynəlxalq axtarışa verilib. Bu barədə Ria Novosti-yə Moskva Basman rayon məhkəməsinin mətbuat xidməti məlumat verib. 

“Axund”ların ləğv olunmasına başlanıldı

13 Noyabr 2017 15:44

"İstəyirik ki, "İslam Həmrəyliyi ili" çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin".

Keçən ay BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

13 Noyabr 2017 15:42

2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.  Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.

Hüquq olimpiadasının qalibləri mükafatlandırılıb

13 Noyabr 2017 15:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri bəlli olub. “OLAYLAR”-a daxil olan məlumata görə, hər il paytaxtın bir rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən, 192 nömrəli tam orta məktəb I, 72 nömrəli məktəb-lisey II, 90 nömrəli məktəb isə III yerə layiq görülüb.

Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılıb

13 Noyabr 2017 15:40

Cari ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil edib. 

Konstitusiya Günü münasibətilə velosiped yarışı keçirilib

13 Noyabr 2017 15:39

12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər.

Jalə Əliyeva: “Mədəniyyət çalıb-oynamaq deyil”

13 Noyabr 2017 15:38

Millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ölkənin ali iqtisadi sənəddə mədəniyyət sahəsinə daha çox diqqət ayrılması vacibdir:“Mədəniyyət heç də çalıb-oynamaq, kino çəkmək deyil.

Gürcüstan hökumətində ciddi kadr və struktur dəyişiklikləri aparıldı

13 Noyabr 2017 15:37

Gürcüstan hökumətində ciddi islahatlar aparılıb. Bu barədə Gürcüstan baş nazirinin rəsmi saytı məlumat yayıb. Dəyişikliklərə əsasən, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi isə Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək. Gürcüstanın hazırkı iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Azərbaycanın 33 rayon və şəhərinə dövlət pul ayırmayacaq

13 Noyabr 2017 15:35

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Magistr olmaq istəyənlər üçün ödənişsiz hazırlıq kursları təşkil olunub 

13 Noyabr 2017 15:27

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ilk dəfə olaraq magistraturaya ödənişsiz hazırlıq kursları təşkil olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirlib ki, kursların təşkili və tələbələrin bu kurslara cəlb edilməsi üçün AzTU-nun Elm və texnika üzrə prorektoru İlham Pirməmmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu bu gündən etibarən tələbələrin kurslara qeydiyyatını elan edib. Noyabrın 19-a kimi davam edəcək qeydiyyat AzTU-nun “Magistratura və doktorantura” şöbəsində aparılır. 

V könüllülük proqramı çərçivəsində 34 nəfər fəaliyyətə başlayıb

13 Noyabr 2017 15:26

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən V könüllülük proqramı çərçivəsində 34 nəfər könüllü fəaliyyətə başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib. 

Rövnəq Abdullayev dünyanın aparıcı şirkət rəhbərlərinin dəyirmi masasında iştirak edib  

13 Noyabr 2017 15:25

Dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu Dabidə təşkil olunan “Şirkət Rəhbərlərin Dəyirmi Masası”nda iştirak ediblər. Abu Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə olunub.  “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “ müdafiə naziri”nə 7 il iş istənildi

13 Noyabr 2017 15:16

"İqla" zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" Samvel Babayana prokuror iş istəyib. İrəvanın Kentron və Nork-Maraş rayon məhkəməsinin bu gün keçirilən iclasında çıxış edən dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib.  

Ölkə ərazisində buludlu hava

13 Noyabr 2017 15:14

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.