Rövnəq Abdullayev dünyanın aparıcı şirkət rəhbərlərinin dəyirmi masasında iştirak edib
Dünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu Dabidə təşkil olunan “Şirkət Rəhbərlərin Dəyirmi Masası”nda iştirak ediblər. Abu Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
13 Noyabr 2017 15:25 SosialDünyanın aparıcı neft-qaz şirkətlərinin rəhbərləri Abu Dabidə təşkil olunan "Şirkət Rəhbərlərin Dəyirmi Masası"nda iştirak ediblər. Abu Dabi Milli Neft Şirkətinin baş qərargahında keçirilən yüksək səviyyəli görüşdə enerji mühitinin transformasiyası, yeni təklif-tələb dinamikası kimi qlobal məsələlər müzakirə olunub. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, dünyanın 26 ən nüfuzlu neft-qaz şirkətlərinin rəhbərləri sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də şirkətin prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Dəyirmi masa çərçivəsində müasir texnologiyaların təsirləri, dünyada yeni enerji mənbələrinin yayılması kimi aktual məsələlər əsas müzakirə mövzusu olub. Bu proseslərin qlobal enerji bazarlarına, tələb-təklif dinamikasına göstərdiyi təsirlər dəyərləndirilmiş, yeni qlobal çağırışları daha dərindən dərk etmək üçün fikir mübadiləsi aparılıb. Dəyirmi masa müzakirəsindən sonra SOCAR prezidenti BP, Total, Statoil, Petronas, Saudi Aramco şirkətlərinin rəhbərləri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib, bu görüşlərdə mövcud əməkdaşlıqlar çərçivəsində aktual məsələlər müzakirə olunub, yeni əməkdaşlıq imkanları araşdırılıb.