Hüquq olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri bəlli olub. “OLAYLAR”-a daxil olan məlumata görə, hər il paytaxtın bir rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən, 192 nömrəli tam orta məktəb I, 72 nömrəli məktəb-lisey II, 90 nömrəli məktəb isə III yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş "Hüquqi dövlətin əsasları" adlı olimpiadanın qalibləri bəlli olub. "OLAYLAR"-a daxil olan məlumata görə, hər il paytaxtın bir rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib. Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub. Olimpiadanın nəticələrinə əsasən, 192 nömrəli tam orta məktəb I, 72 nömrəli məktəb-lisey II, 90 nömrəli məktəb isə III yerə layiq görülüb.

Qaliblərə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31