Jalə Əliyeva: “Mədəniyyət çalıb-oynamaq deyil”

Millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ölkənin ali iqtisadi sənəddə mədəniyyət sahəsinə daha çox diqqət ayrılması vacibdir:“Mədəniyyət heç də çalıb-oynamaq, kino çəkmək deyil.

Millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ölkənin ali iqtisadi sənəddə mədəniyyət sahəsinə daha çox diqqət ayrılması vacibdir:"Mədəniyyət heç də çalıb-oynamaq, kino çəkmək deyil. Mədəniyyət daha geniş məhfumdur və bu sahəyə büdcədə daha ciddi önəm verilməlidir. Bəzən çəkilən milli seriallarımızın, filmlərimizin səviyyəsindən şikayətlənirik, burada haqlı məqamlar da var. Amma gəlin görək ayrılan vəsaitlə normal, peşəkar, hamının sonadək maraqla, həyəcanla izləyə biləcəyi film, sesrial çəkmək mümkündürmü? Əlbəttə ki, xeyr! Odur ki, film, serial, kino çəkilişlərinə ayrılan vəsaitin həcmi artırılmalıdır. Regonlardakı kitabxanaların vəziyyəti ürəkacan deyil. Kitabxanların vəziyyətinin yaxşılaşdırılması məsələsi də büdcədə diqqətə alınmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31