Konstitusiya Günü münasibətilə velosiped yarışı keçirilib

12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər.

12 noyabr Konstitusiya Günü münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında velosiped yarışı keçirilib. "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Respublika Velotrekində keçirilən və maraqlı anlarla yadda qalan yarışda liseyin 5-6 və 7-8-ci sinif şagirdləri komanda şəklində iştirak ediblər. Əməkdar məşqçisi Əbülfəz Məmmədovun baş hakimlik etdiyi yarışda Azərbaycanda istehsal olunan "İSMA" velosipedlərindən istifadə olunub. Sonda Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və liseyin müdiri Hüseyn Dəmirəl yarışın qaliblərini diplomalar və medallarla mükafatlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31