V könüllülük proqramı çərçivəsində 34 nəfər fəaliyyətə başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən V könüllülük proqramı çərçivəsində 34 nəfər könüllü fəaliyyətə başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib.
13 Noyabr 2017 15:26 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən V könüllülük proqramı çərçivəsində 34 nəfər könüllü fəaliyyətə başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron ([email protected]) qaydada sənəd verib. Onlardan müvafiq meyarlar əsasında 57 nəfər müsahibəyə çağırılıb və 34 nəfər müsahibədən müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 31 nəfər BŞTİ-nin müvafiq sektorlarında, 2 nəfər xidmət bölmələrində, 1 nəfər isə Təlimə Dəstək Mərkəzindəfəaliyyətə başlayıb. Müsahibədən uğurla keçən şəxslər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. Könüllü kimi fəaliyytə başlayan gənclərə 3 ay təcrübə keçdikdən sonra BŞTİ tərəfindən müvafiq arayış veriləcək.