Gündəm
“Çin hökmranlığa cəhd edir, Putin isə...” - SSENARİLƏR
“Tramp əmindir ki, o yeni Kissincerdir. Eyni vaxtda, Rusiya dünyada xaos yayır və Çin hökmranlığa cəhd edir”. Bunu Amerika politoloqu və “Eurasia Group”un banisi İen Bremmer İtaliyanın “Corriere della Sera Cuzeppe” qəzetinin müxbiri Cuzepper Sarçina müsahibəsində deyib. Bremmer Vyetnamdan qayıdıb. O, Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) sammitini və ABŞ prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putinin qısa görüşünü müşahidə edib.
Şərq ulduz falına görə, 2018 bu illərdə doğulanlar ÜÇÜN UĞURLU olacaq
Xəbər verdiyimiz kimi 2018-ci il Sarı Torpaq İt ili üzərində təhvil olacaq. İt ili 2018-ci ilin bir çox cəhətdən əlamətdar oalcağını vəd edir. Əlbəttə ki, bütün zodiak işarələri üçün uğurlu olmaya bilər, bununla belə müəyyən şanslardan istifadə etmək imkanınız olacaq.
Nərəcinsli balıqların ovuna 20-25 il qadağanın qoyulması təklif edilə bilər
Noyabrın 21-23-də Bakıda dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasının I sessiyası keçiriləcək. Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Əflatun Amaşov yeni telekanalın açılmasını təklif etdi
Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılması təklif olunur. “Olaylar”ın məlumatına görə, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.
"Messinin rekordumu qırması məni qəzəbləndirdi"
Argentina millisinin sabiq hücumçusu Qabriel Batistuta Lionel Messinin onun müəyyənləşdirdiyi rekordu qırmasından danışıb. 48 yaşlı veteran hücumçu bunları deyib: "Mən bundan qəzələndim.
Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək”
İranda zəlzələ baş verən bölgədə yeraltı təkanlar daha iki həftə davam edəcək. Bunu Rusiya Seysmoloji Proqnozlar Laboratoriyasının rəhbəri, geofizik alim Viktor Bokov bildirib. O qeyd edib ki, İran seysmoloji cəhətdən fəal bölgədə yerləşir: "Orada zəlzələ kifayət qədər tez-tez baş verir. Yeraltı təkanlar olan rayonda 1900-cü ildən belə güclü zəlzələ baş verməyib". V.Bokovun sözlərinə görə, güclü zəlzələlər adətən İranın şimal və ya qərb bölgələrində qeydə alınır.
30 il özünə ilan zəhəri vurdu və ...
İngiltərəli musiqiçi Stiv Lyudvin 30 il ərzində özünə ilan zəhərindən inyeksiyalar edib. Bunun nəticəsində onun səhhəti qaydaya düşüb, çox xəstəlikləri sağalıb. Alimlər onun qanının antitelindən ilk donor antiteli yaratmaq qərarına gəliblər. Bu antitel minlərlə insanı ilan zəhərindən qoruya bilər.
Elmira Axundova: “Yazıçıların mənzilləri başlarına uçur”
“Mən də hesab edirəm ki, mədəniyyət üçün büdcədə nəzərdə tutulan 304 milyonluq vəsait yetərli deyil. Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu Fond, Azərbaycanın birinci vitse-preidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir.
Tahir Kərimli: “Büdcə kəsirindən qorxmayın”
“Bizim hökumətimiz büdcə siyasəti nədən ibarətdir? Mən neçə zamandır ki, bu suala cavab axtarıram. Aydın olur ki, yığcamlaşdırma siyasətidir. Nəyin bahasına olursa olsun, büdcə yığcamlaşdırılsın. Heç vaxt büdcə kəsirlərindən qorxmaq lazım deyil. Nəyə görə bunu başqa dövlətlər etdiyi halda biz etmirik?” “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Deputat: “Enerjinin qiyməti bahadır”
“Hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır. Hər hansı bankın ziyan etməsi vətəndaşın günahı deyil. Vətəndaş neyləsin ki, hər hansı bank büdcəyə ziyan vurub?"
Azərbaycanın İslam həmrəyliyi nümunəsi
Məlumdur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olunmasında mühüm rol oynayıb. Tarixən Azərbaycanın coğrafi mövqeyindən irəli gələrək, onun ərazisində şərq-qərb və cənub-şimal istiqamətlərindən ticarət yolları keçib. Həm bu ticarət yolları ilə baş tutan səfərlər, həm də qonşu ölkələrdən yönəlmiş hərbi yürüşlər, burada etnik mozaikanın formalaşmasına da öz təsirini göstərib. Beləliklə, ticarət yolları üzərində yaradılan karvansaraylar, sonralar tədricən yaşayış məntəqələrinə çevrilib.
Statistika Komitəsi: “Bu ərzaq malları son bir ayda 2,3 faiz bahalaşıb”
2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Buu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ombudsman:“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı irəliləyiş yoxdur”
“Cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin yaradılması ilə bağlı çox danışılıb. Amma heç bir irəliləyiş yoxdur. Belə olsa, onlar üçün də yaxşı olar. Məsələn, aliment borcu olan bəzi məhbuslar borcunu ödəyərlər”.
Qüdrət Həsənquliyev: “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC dərhal özəlləşdirilməlidir”
Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsi təklif edilib. “Olaylar”ön məlumatına görə, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.
Fazil Mustafa: “Bir milyon yarım vəsaitlə hansı büdcəyə gəlir gətirmək olar?”
“Hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır” . “Olaylar” xəbər verir ki, deputat Fazil Mustafa qeyd edib ki, bu yaxınlarda prezident təqaüdçüsü olan aktyor Rasim Balayev iki dərmandan birini ala bilir: “Bu artıq vətəndaşın sağlamlaşdırılması baxımından vəziyyəti izah edir. Kino pul gətirən sahədir.













