Cənubi və Şimali Koreya arasında qalmaqal – Ordu hazır vəziyyətdə
Şimali Koreya ordusu Cənubi Koreyaya sığınan əsgərini silahla yaralayıb. Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, iki ölkə arasındakı neytral zonadan qarşı tərəfə keçən əsgər vurulduqdan sonra Cənubi Koreyada xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib. Məlumata görə, Cənubi Koreya ordusu əsgərin vurulmasından sonra, Şimali Koreya tərəfindən gələcək təhlükənin qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.
13 Noyabr 2017 16:21 DünyaŞimali Koreya ordusu Cənubi Koreyaya sığınan əsgərini silahla yaralayıb. Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, iki ölkə arasındakı neytral zonadan qarşı tərəfə keçən əsgər vurulduqdan sonra Cənubi Koreyada xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib. Məlumata görə, Cənubi Koreya ordusu əsgərin vurulmasından sonra, Şimali Koreya tərəfindən gələcək təhlükənin qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, iki ölkə sərhədi arasında təxminən 2 kilometrlik neytral ərazi Koreya müharibəsindən (1950-1953) sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən 1953-cü ildə təyin olunub. Həmin ərazi Cənubi Koreyanın paytaxtı Seulun təxminən 55 kilometr şimalında yerləşir. Azadinform xarici mətbuata istinadən xəbər verir.